298. Hansı bağlayıcıdan sonra vergül qoyulur?
A) ki
B) amma
C) və
D) hətta
E) və yaxud
299. Ara sözlər yazıda digər sözlərdən hansı durğu işarəsi ilə ayrılır?
A) vergül
B) nöqtə, nöqtəli vergül
C) vergül, nöqtə
D) tire
E) sual işarəsi
300. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra hansı durğu işarəsi qoyulur?
A) iki nöqtə
B) nöqtəli vergül
C) tire
D) vergül
E) üç nöqtə
301. Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir–birindən ayıran durğu işarəsi:
A) vergül
B) nöqtəli vergül
C) nida işarəsi
D) tire
E) dırnaq
302. Cümlədə hansı durğu işarələrinin buraxıldığını müəyyən edin.
«Doğrusu mən bu işə qarışmıram ancaq nəticəsi ilə maraqlanıram.»
A) iki vergül
B) bir vergül
C) nöqtəli vergül
D) tire, vergül
E) tire, dırnaqlar
303. Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulur?
A) O meşədə tufan yıxmış palıd ağacının üstündə oturub oxuyurdu
B) O günü illərin əlindən aldıq
C) O da Kərəm deyəni deyirdi
D) O əkir, bu isə biçirdi
E) Bu dünyanın o dünyada vədəsiyəm,
Mən varlığın yoxluqdakı var səsiyəm.
Dostları ilə paylaş: |