1 Beynəlxalq sistemin anlayışı


) Beynəlxalq müqavilədə qeyd-şərt



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   22   23   24   25   26   27   28   29   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

25) Beynəlxalq müqavilədə qeyd-şərt 
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət bəyan edə 
bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət 
həmin müddəanı ümumiyyətlə qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna 
beynəlxalq müqavilələr hüququnda qeyd-şərt deyilir. Müqaviləyə dair qeyd-şərt irəli sürmək 
imkanı dövlətin suveren iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul 
etdiyi halda, onun hər hansı norması ilə razılaşmaya bilər. 
Lakin bu sərbəstlik qeyri-məhdud deyil : 
1) qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə bir araya sığmırsa 
 2) müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə, qadağan edirsə. 
 3) məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə. 
Qeyd-şərt yazılı formada olmalı və müqavilənin iştirakçısı olan bütün digər dövlətlərin 
diqqətinə çatdırılmalıdır. Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec 
olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-
şərti etmiş dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət 
arasında yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bununla belə, qeyd-şərtə etiraz 
edən dövlət bəyan edə bilər ki, müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə 
minməyəcəkdir. Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, geri götürülə 
bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər 
müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər - bunlar qeyd-
şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanatlar müqavilənin hər hansı müddəasını 
dəyişdirmir və ya onu aradan götürmür. 
 
Federativ qeyd-şert-federaisyanin esas merkezi hakimiyet orqanlarinin selahiyetlerne aid 
olan meselelerde ohdelikleri oz uzerine goturur 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin