1928-ci ildə Diplomatik Məmurlar Haqqinda Havana konvensiyası imzalanmisdir. Bu
konvensiya ilk dəfə diplomatik nümayəndəlik vasitəsiylə dövləti təmsil etmək huququnu taniyir.
Havana konvensiyasi adi və fövqəladə məmurlari fərləndirir.Adi diplomatik məmurlar bir dövləti
digər dövlətdə təmsil edən şəxslərdir. Fövqəladə diplomatik məmurlar həmçinim dövləti beynəlxalq
təşkilatlarda təmsil edəm şəxslərdir.
Bundan başqa 1928-ci ildə Diplomatik Sığınacaq Haqqinda Havana Konvensiyasi imzalanmişdir. 22 Latin Amerika ölkəsi ve ABŞ bu konvensiyani ratifikatsiya etmişdir. ABŞ qeyd-
şərt formasinda qeyd etmişdirki o diplomatik siginacagi beynəlxalq huququn tərkib hissəsi kimi
tanimir.
Bu konvensiyalar arasında Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası xüsusi əhəmiyyətə malikdir. Hal-hazırda bu saziş diplomatik nümayəndəliklərin statusunu və
funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. Diplomatik əlaqələr haqqında
Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olundu. Dövlətlərarasi diplomatik əlaqələr
bu konvensiya ilə tənzimlənir.
Konsulluq haqqinda ilk regional məcəllələşdirme akti 1928-ci il Konsulluq Haqqinda Havana konvensiyasidir. Latin Amerika ölkələrinin 6-ci Panamerikan konfransinda qəbul olunub. Havana
konvensiyasinda konsulluq xidməti ilə diplomatik xidmət fərqləndirilib.
Bu
sahədə universal məcəllələşdirmə akti Konsulluq Haqqinda 1963-cü il Vyana Konvensiyasidir.
Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir.
Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə
bölünürlər. Konvensiyanın ən çox mübahisə yaradan maddələrindən biri də konsul binalarının
toxunulmazlığını müəyyən edən 31-ci maddə olmuşdur. Konsulluğun vəzifəli şəxslərinin şəxsi
toxunulmazlığı 41-ci maddədə təsbit olunmuşdur. Burada deyilir ki, konsulluğun vəzifəli şəxsi “ağır