2006-cı il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” ilə müəyyən olunur. Burada qeyd olunur ki, Azərbaycan Respublikasının Səfirliyi qəbul edən dövlətdə Azərbaycan
Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır, o Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.
Azərbaycan Respublikasının xarici dövlətlərdə konsul fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Konsul Nizamnaməsi 1994-cü il martın 1-də qüvvəyə minmişdir. 2004-cü ildə Xarici İşlər
Nazirliyinin əsasnaməsi qəbul edilib. Əsasnamə onun vəzifə və funksiyalarini müəyyən edir.
Əsasnamədə xarici işlər nazirliyinin əsas vəzifələri, funksiyaları, hüquqları, fəaliyyətinin təşkili
qaydaları ətraflı təsbit olunmuşdur.
44) Dövlətdaxili xarici əlaqə orqanları Dövlətdaxili xarici əlaqə orqanlari 2 yerə bölunür : 1) Konstutsional orqanlar - Dövlətdaxili orqanlarin yaradilmasi, səlahiyyətləri,
səlahiyyətlərinin həcmi, hər dövlətin öz konstutsiyasi əsasinda müəyyən edilir.
Dövlət başcçisi, Hökumət başçisi, Qanunverici orqan, Xarici İşlər Nazirliyi aiddir. Dövlətin
başçısı, hökumətin başçısı və Xarici İşlər Naziri 1969-cu il müqavilə huququ haqqinsa konvensiyaya
əsasən həmən dövləti onun xarici əlaqələrində bütün məsələlər üzrə ex-officio (yəni vəzifəsinə görə)
təmsil edirlər.
Dövlət başcisi - Azərbaycan Respublikasinin konstitutsiyasinin 8-ci maddəsinə əsasən
Azerbaycan Respublikasini beynəlxalq munasibətlərde xarici əlaqələrdə hərtərəfli təmsil edən şəxsdir.
Beynəlxalq muqavilələrin həyata keçirilməsinin təminatçisidir.
Qanunverici orqan- Azərbaycan Respublikasinda Mili Məclis adlanir. Konstutitsiyaya əsasən
Milli Məclis diplomatik nümayəndəliyin akkreditasiya məsələsini, müharibə ve sülh məsələsini
müqavilənin ratifikatsiya və denonsasiya funksiyalarinı həyata keçirir.
Qeyd : Xarici əlaqələr üzrə, müharibə, sülh məsələləri dövlət başçısı ilə qanunverici orqanın
müştərək fəaliyyəti əsasında tənzimlənir.