1 Beynəlxalq sistemin anlayışı


-cu il Vyana konvensiyasının 7-ci maddəsinə görə beynəlxaq təşkilatı təmsil edən



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   17   18   19   20   21   22   23   24   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

1969-cu il Vyana konvensiyasının 7-ci maddəsinə görə beynəlxaq təşkilatı təmsil edən 
şəxsə vəkalət tələb olunmur. 
Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri 
vasitəsilə həyata keçirilir: 
 
1) Adi diplomatik kanallar- əsasən 2 tərəfli beynəlxalq müqavilə imzalanır. Danışıqlar 
şifahi və yazılı ola bilir. 
 
2) Beynəlxalq konfranslar - Bu üsul çoxtərəfli beynəlxalq müqavilədə çağırılır. 1882 
Dəniz hüququ ilə bağlı konfrans və s. Konfrans keçirilmədən öncə xüsusi reqlament qaydası tərtib 
olunur.
 
3) Beynəlxalq təşkilatlar - konfransla oxşardır. BMT çərçivəsində, Baş assambleya 
çərçivəsində və s. 
Mətnin qəbulu yekdillik prinsipi ilə qəbul olunurdu amma indi elə deyil. 1969-cu il 
konvensiyası 2/3 səs çoxluğu ilə müqavilə mətnini qəbul edirlər. 1986-cı il konvensiyasından 
sonra yekdilliyə baxılmır. 
Müqavilə mətninin autentifikasiyası yəni beynəlxalq müqavilənin mətni son və qəti 
variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz. Bu, üç yolla həyata keçirilir: 
 
1) Paraflama
 
2) Ad-referendum imza atma 
 
 
3) İmzalama. 
 
21) Müqavilənin məcburiliyinə razılığın verilməsi 
Müqavilənin məcburiliyinə razılığın verilməsi müqavilənin bağlanmasının son 
mərhələsidir. Yəni dövlət müqavilə razılığını ifadə edir sonra müqavilə qüvvəyə minəndə 
öhdəlikləri götürür.
1969-cu il konvensiyas 11-ci maddəsinə görə müqavilə məcburiliyinə razılığın ifadə 
olunmasının 6 üsulu var:
1) İmzalama
 
2) Ratifikasiya
 
3) Təsdiq etmə
 
4) Qəbul etmə
 
5) Müqavilə sənədlərin mübadiləsi
 
6) Qoşulma.  
1) Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin 
müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Beynəlxalq müqavilənin 
məcburiliyinə razılığın imzalama vasitəsilə ifadə olunması həmin müqavilənin özündə göstərilir. 
2) Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayılmış üsul 
ratifikasiyadır. Ratifikasiya ali hakimiyyət orqanı tərəfindən müqavilənin təsdiq olunmasıdır. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin