2. Müqavilənin müddəalarina əməl ve riayət etməklə qoşulmaq 3. Adət normalarina əməl etməklə qoşulmaq 22) Beynəlxalq müqavilənin qüvvəyə minməsi, qeydiyyatı, dərc olunması Müqavilənin qüvvəyə mindiyi an müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar
mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə
qüvvəyə minir:
a) İmzalandığı andan etibarən; b) İmzalandığı andan müəyyən müddət keçdikdən sonra c) Müqavilədə dəqiq göstərilmiş andan etibarən. Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası
aşağıdakı kimidir:
1 - İkitərəfli müqavilələr: a) Ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən b) Ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra. 2 - Çoxtərəfli müqavilələr: a) Depozitariyə (qebul eden tərəf) müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən . b) Depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra. Müqavilənin qüvvədə olması müəyyən müddət üçün və ya müddətsiz nəzərdə tutula bilər.
Müəyyən müddətə bağlanan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə
göstərilən şərtlərlə və ya tərəflərin xüsusi razılığı ilə uzadıla bilər.
Müqavilənin qüvvəyə minəndən sonra onu BMT katibliyində qeydiyyatdan keçirilir. Bunu
çoxtərəfli beynəlxalq müqavilədə depozitariya həyata keçirir. Qeydiyyatdan keçirmək gizli
müqavilələrə qarşı olan bir şeydir müqavilə qeydiyyatdan keçməyibsə etibarsız demək deyil amma
rəsmi orqanlarda bundan istifadə etmək mümkün deyil.
Dərc olunma 2 cür olur: 1) Dövlətdaxili dərc 2) Beynəlxalq dərc 23) Beynəlxalq müqavilələrin təfsiri. Depozitari Müqavilənin təfsiri onun müddəalarının mənasının aydınlaşdırılması və ya izah edilməsi
deməkdir. Müqavilə hər şeydən əvvəl vicdanla təfsir edilməlidir. Əgər müqavilə iki və ya daha
artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər qüvvəyə malik olur.