1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə16/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   ...   12   13   14   15   16   17   18   19   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

Benzol C 6 H 6 – rəngsiz mayedir, yağlı rənglər, piylər və s. maddələr üçün həlledici kimi istifadə edilir.
Aseton CH 3 COCH 3 – tez buxarlanan rəngsiz mayedir – nitrosellüloz rəng və lakların həlledicisidir.
Turşu və qələvilər səth suları ilə gölməçələrə daxil olduqda onların turşuluğunu dəyişir və su orqanizmlərinin məskunlaşma şəraitinə, növlərin tərkibinə və sayına təsir göstərir.
Qurğuşun, sink, mis, xrom, sürmə kimi metallar orqanizmdə toplanma təsirinə malikdir, yəni orqanizmdən kənar olmur və toplandıqca zəhərləyici təsiri güclənir.
Alüminiumun həll olan duzları – xloridlər, sulfatlar, nitratlar içməli su ilə orqanizmə daxil olaraq canlı orqanizmlərə zəhərləyici təsir göstərir. Onlar orqanizmin toxumalarında toplanır. Neft məhsulları, çirkab suları gölməçələrə düşdükdə suyun biosenozlarında ciddi dəyişiklik yaradır. Bu neft məhsullarının su hövzələrinin bütün təbəqələrinə nüfuz etməsi ilə əlaqədardır: onların komponentlərindən bir hissəsi dibə çökür, digərləri su qatında suspenziya və emulsiya şəklində, qalanları isə – molekulyar- həll olunmuş vəziyyətdə olur.

23. Avtomobil nəqliyyatının yaratdığı səs-küyün təsiri Nəqliyyat vibrasiyaları


Səs – hissəciklərin rəqsi hərəkəti ilə meydana çıxan fiziki hadisədir. Səs rəqsləri müəyyən amplituda və tezliyə malik olur. İnsanın əmək və istirahətinə mane olan, akustik diskomfort yaradan istənilən arzu edilməyən səsə səs-küy deyilir. Səs-küy sözü ilə səslərin nizamsız xaotik qarışması nəzərdə tutulur. Nəqliyyat səs-küyünün mənfi təsiri insanı onun bütün həyatı boyu müşayiət edir. Səs-küyün təsirinin göstəriciləri. Səs-küyün canlı orqanizmlərə təsiri eyni deyil və qavrama dərəcəsi ilə fərqlənir. Səs-küy təsirinin obyektiv göstəriciləri onun intensivliyi, səsin yüksəkliyi (hündürlüyü) və təsir müddətidir. Nəqliyyat səs-küyünün səviyyəsinə təsir edən amillər:

  • mühərrikin tipi (müqayisə olunan eyni güclü mühərriklərin səs-küyünü artma səviyyəsinə görə ranqlaşdırmaq olar – elektrik mühərriki, benzin mühərriki, dizel mühərriki, buxar və qazoturbinli mühərrik);

  • yol örtüyünün tipi və keyfiyyəti (ən az səs-küy asfalt-beton örtük, sonra isə artan sıra ilə – tir döşənmiş, daş və çınqıl örtük yaradır. Çuxurları olan, açıq yarıqları və səthləri qovuşmayan istənilən tipli nasaz yol örtüyü artan səs- küy yaradır);

  • ərazinin planlaşdırma həlli (küçələrin uzununa profili və əyri-üyrülüyü, müxtəlif səviyyəli yol ayrıcları və svetoforlar mühərriklərin iş xarakterinə və deməli həm də yaranan səs-küyə təsir edir. Tikililərin hündürlüyü və sıxlığı səs-küyün magistraldan yayılma uzaqlığını müəyyən edir);

  • nəqliyyat axınının intensivliyi

  • nəqliyyat axınının sürəti

  • nəqliyyat axınının tərkibi

  • yaşıl əkililər (magistralların hər iki tərəfində ağaclar əkilmiş sanitar- qoruyucu zonalar nəzərdə

tutulur. Meşəsalma səs-küyün yaxın ərazilərə yayılmasının qarşısını alır).

Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin