1. Ekologiya haqqında ümumi məlumatlar Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 37,68 Kb.
səhifə3/5
tarix01.01.2022
ölçüsü37,68 Kb.
#107116
1   2   3   4   5
Nəqliyyat ekologiyası

Birbaşa çirklənmə obyektləri (çirkləndirici maddələrin akseptoru) ekotopun əsas komponentləri: atmosfer, su obyektləri, torpaqdır. Ekotop – yer səthinin müəyyən, yekcins səthini xarakterizə edən amillərin toplusudur.

Dolayı çirklənmə obyektləri (çirklənmənin qurbanları) biosenozun tərkib hissələridir (bioloji varlıqlardır).

Yayılma xarakterinə görə çirklənmə mənbələri iki yerə bölünür: cəmlənmiş



(nöqtəli) cəmlənməmiş. Cəmlənmiş çirklənmə mənbələri çirkləndirici maddələrin tərpənməz (stasionar) obyektlərdən − qazanxana və ya digər yanacaq yandırıcı quruluşlardan xaric olunması ilə xarakterizə olunur.

Cəmlənməmiş mənbələr çirkləndirici maddələri nisbətən böyük sahəyə xaric edir, onlar hərəkətli ola bilər. Siklliyinə görə hər iki çirklənmə mənbəyi fasiləsiz və ya fasiləli ola bilər.

Gündəlik həyatda çirklənmə mənbəyi rolunu müxtəlif sənaye sahələrinin müəssisələri, istilik-energetika istehsalı, nəqliyyat-yol kompleksi və ona xidmət edən müəssisələr, şəhər və qəsəbələrin kommunal təsərrüfatları, iri əkinçilik və heyvandarlıq kompleksləri yerinə yetirir. Nəqliyyatda, energetika və mədən sənayesində baş verən qəzalar, həmçinin təbii fəlakətlər və yanğınlar ətraf mühitə ciddi zərər vurur. Ekoloji vəziyyət məişət tullantılarının toplanması, sahilboyu suların və dəniz akvatoriyasının çirklənməsi səbəbindən daim pisləşir.

Ətraf mühitin çirklənməsi təbii və ya antropogen xarakterli ola bilər. Təbii çirklənmələr hər-hansı təbiət hadisəsi və ya fəlakət səbəbindən (vulkanın püskürməsi, zəlzələ, sel axını və s.) baş verir.

Antropogen çirklənmə insanların fəaliyyəti nəticəsində baş verir və təbii bioloji proseslərdə iştirak etməsinə görə iki qrupa bölünür:

bioloji proseslərlə dağılan (dayanıqsız) − əgər onlar maddələrin təbii dövranına daxil olursa və bioloji agentlərin təsiri ilə yox olursa;  bioloji agentlərlə dağılmayan (dayanıqlı).

Formalaşmış təsəvvürlərə görə ətraf mühitin çirklənmə növlərinə insanın iştirakı ilə baş verən, onun özünə və təbiətə zərər vuran təsirlər aid edilir. Yəni ekosistemlərdə baş verən istənilən arzu olunmayan antropogen dəyişiklik çirklənmə növü kimi qəbul edilir. Çirklənmə növləri bunlardır: mexaniki, kimyəvi, fiziki, bioloji.


Yüklə 37,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin