Mexanikiçirklənmə – mühitin, yalnız mexaniki təsir göstərən, fiziki-kimyəvi nəticələri olmayan agentlərlə çirklənməsidir.
Kimyəviçirklənmə – mühitin təbii kimyəvi tərkibinin və xüsusiyyətlərinin dəyişməsidir, nəticədə baxılan zaman dövründə hər hansı maddənin orta çoxillik miqdarı artır və ya mühitə, normal halda onda olmayan və ya normadan çox konsentrasiyalarda maddələr daxil olur.
Fizikiçirklənmə aşağıdakı kimi bölünür:
istilik (temperatur) – mühitin temperaturunun dəyişməsi nəticəsində meydana çıxır, başlıca olaraq qızmış havanın sənaye tullantısı, qaz və suyun kənarlaşması kimi baş verir. Temperatur çirklənməsi temperatur rejiminin həm artması, həm də azalması istiqamətində dəyişməsini nəzərdə tutur;
işıqlanma – ərazinin süni işıqlanma mənbələrinin təsiri nəticəsində, bitki və heyvanların həyatında anomaliyalara səbəb olan təbii işıqlanmasının pozulmasıdır; 3) səs-küy – səs-küyün intensivliyinin və təkrarlanmasının təbii səviyyədən çox artması ilə baş verir;
elektromaqnit – mühitin elektromaqnit xüsusiyyətlərinin dəyişməsi hesabına yerli və qlobal geofiziki anomaliyalara və dəyişikliklərə səbəb olan, zərif bioloji strukturlarda baş verən pozuntudur (elektrik ötürmə xətləri, radio və televiziya, bəzi sənaye qurğularının işi və s.);
radioaktiv – mühitdə radioaktiv maddələrin olması hesabına radiasiyanın təbii səviyyədən artıq olmasıdır.