1. Əmək ehtiyatlarının idarə olunması. İstehsalın idarə olunması. Layihələrin idarə olunması



Yüklə 24,83 Kb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü24,83 Kb.
#106646
  1   2   3   4
11 (Menecmentin əsasları)


Mövzu 11. KADR EHTİYATLARININ,İSTEHSALIN VƏ LAYİHƏLƏRİN İDARƏ OLUNMASI

1. Əmək ehtiyatlarının idarə olunması.

2. İstehsalın idarə olunması.

3. Layihələrin idarə olunması.

Hər bir müəssisə, işçilərin və məmurların sayını istehsal tələbinə uyğun və gəlir götürülməsi şərtilə qurmalıdır. Əmək ehtiyatlarının planlaşdırılması, firmanın strategiyası ilə bağlıdır. Burada istehsalın həcminin artırılması ilə bağlı işçi qüvvəsinin artırılması və ya əksinə ola bilər. Bəzi hallarda istehsal prosesini və işçi qüvvəsini sabit saxlamaq tələb oluna bilər.

Əgər işçi qüvvəsi artımı tələb olunursa, müəssisə rəhbərliyi elan verməklə müxtəlif cəlbetmə yolları ilə işçiləri dəvət edə bilər. Burada dəvət olunmuş işçilərin sayı tələb olunduqdan həmişə çox olur. Buna görə də həmin işçilərdən layiqlisini seçmək tələb olunur. Üçüncü mərhələdə seçilmiş kadrların, dördüncü mərhələdə müsahibə yolu ilə və yaxud da sənədlər əsasında müəyyənləşdirməklə onların əmək haqqı təyin olunur və ediləcək güzəştlər nəzərə alınır. Beşinci mərhələdə işə qəbul olunmuş işçilərin ixtisasa uyğun peşə üzrə işləmələri və qabiliyyətləri yoxlanılır və onların kollektivə uyğunlaşması prosesi həll edilir.

Öyrətmə mərhələsində tamamilə ixtisası olmayanların öyrədilməsi, yeni sahənin öyrədilməsi və ya rəhbər vəzifə tutmaq üçün öyrədilməsi vacibdir.

Yeddinci mərhələdə isə hər bir işçinin əməyinin qiymətləndirilməsi prosesi gedir. Burada məqsəd işçinin qabiliyyətini üzə çıxarmaq, onun əmək haqqını artırmaq və ya azaltmaq, onu başqa sahəyə köçürmək və nəhayət işdən qovmaq variantlarından biri seçilə bilər.

Səkkizinci və doqquzuncu mərhələlərdə işçilərin qiymətləndirilməsi, onların mükafatlandırılması, cəzalandırılması və ya vəzifə mövqeyinə keçirilməsi ilə nəticələnə bilər.

Rəhbər kadrların hazırlanması. Rəhbər kadrların hazırlanması adətən iki yolla həyata keçirilir:Tədris yolu ilə - onların kurslarda, məktəblərdə, institutlarda və s. səviyyəli tədris ocaqlarında təhsil almaqları təmin edilir.Rotasiya yolu ilə – bu isə, o deməkdir ki, rəhbər işçi işdən ayrılmadan yeni-yeni vəzifələrə təyin edilir, yaxud da ona, hər dəfə, tədricən nisbətən çətin olan yeni vəzifə tapşırılır.

Rəhbər - işçi münasibətlərinin qurulmasında aşağıdakı xüsusiyyətlərə diqqət yetirilməlidir:- Hər bir işçinin əməyi obyektiv qiymətləndirilməlidir.- İşin nəticəsinin qərəzli qiymətləndirilməsi və əmək haqqının bu nəticə ilə əlaqələndirilməsi yolverilməzdir.- Münasibətlərin qarşılıqlı dialoq şəklində qurulması vacibdir.- Tənqid etmək və ya hədələmək birtərəfli münasibətin ifadəsi olduğu üçün yolverilməzdir.- Qiymətləndirmə müntəzəm və daimi olmalıdır.

İdarəetmə kadrlarının hazırlanmasında aşağıdakı metodlardan istifadə etmək olar:- Kurslar və seminarlar təşkil etmək.- Müsahibələr, diskussiyalar keçirmək.- İşgüzar oyun təşkil etmək.- Rotasiya üsulu tətbiq etmək.

Menecmentə elmi yanaşma ilk dəfə 1911-ci ildə yaranmışdır. Elə həmin vaxtlarda Robert Ouen insan amili faktorunu təkmilləşdirməyə çalışırdı.Menecmentin inkişafında ən böyük rolu olan şəxsiyətlərdən biri də Frederik Uilson Teylor olmuşdur. F.Teylorun təlimində sənaye - istehsalın maddi resurslarını

Yüklə 24,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin