1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Rəqabətin vəziyyətinin statistik tədqiqinin əsas mahiyyəti



Yüklə 0,61 Mb.
səhifə3/19
tarix05.01.2022
ölçüsü0,61 Mb.
#111424
1   2   3   4   5   6   7   8   9   ...   19
1.2. Rəqabətin vəziyyətinin statistik tədqiqinin əsas mahiyyəti
Bazar iqtisadiyyatının əsas atributlarından biri olan rəqabət hər hansı bir fəaliyyət sahəsi üzrə ayrı-ayrı sahibkarlar, firmalar və müəssisələr arasındakı yarış, çəkişmə mexanizmi olaraq bazar strukturlarının öz alıcılarını tapmaq, əmtəələrini daha əlverişli şərtlərlə satmaq, nəticədə arzu etdikləri mənfəəti qazanmaq və daha çox gəlir gətirən sahələrə kapital qoymaq uğrunda apardıqları mübarizə formasıdır.

Rəqabət anlayışı mürəkkəb, çoxməqsədli, çoxaspektli və dinamik anlayışdır.



Əmtəə və xidmətlər bazarında rəqabətin statistik tədqiqi rəqabət mühitini öyrənmək, xüsusilə rəqib müəssisə (firma) haqqında informasiya toplanması və işlənməsi sistemini müəyyən etməkdən çox asılıdır.

Əmtəə istehsal edən və satıcı kimi bazarda iştirak edən hər bir müəssisə (firma) eyniadlı və ya oxşar əmtəə ilə bazara çıxan digər rəqib müəssisələrlə üzləşir. Bu müəssisələrin hər biri bazarda daha da çox əmtəə satmaq, lider olmağa çalışırlar. Bazarın vəziyyəti rəqabət mübarizəsinin nəticələri ilə təyin edilir.



Müəssisənin (firmanın) rəqabət qabiliyyəti, bu rəqabət bazarı şərai­tin­də səmərəli təsərrüfat fəaliyyəti və onun mənfəət əldə etmək imkanıdır. Rəqabət cəmiyyətə minimum xərclərlə başa gələn ən səmərəli iqtisadi nəzarət metodudur. Bu, daim istehsalı məcbur edir ki, öz xərclərini və qiyməti aşağı salsın, satışın həcmini artırsın, sifariş və istehlakçı uğrunda mübarizə aparsın və məhsulun keyfiyyətini yüksəltsin.

Malın rəqabət qabiliyyəti-alıcıların konkret tələbatının ödənilməsini təmin edən, malların keyfiyyət və dəyər (qiymət) xarakteristikasının məcmusudur. Malın keyfiyyəti və rəqabət qabiliyyəti bir çox amillərin səmərəlilik dərəcəsini əks etdirən göstəricisidir.

Rəqabətin intensivliyinə və çəkişmə formasına bazarın tipi, bolluq dərəcəsi, rəqabət aparan müəssisələrin (firmaların) sayı və gücü, texnoloji, maliyyə və təşkilati-ticarət imkanları təsir göstərir.

Rəqabət, həmçinin bazar mühitinin ayrılmaz tərkib hissəsidir. O ölkə iqtisadiyyatının inkişafında müəyyən ictimai-iqtisadi rol oynayır və birinci növbədə malların ictimai və bazar dəyərini aşkar edir, bazarı canlandırır, qiymətlərə faydalı təsir göstərir, xidmətin yeni formalarını həyata keçirir, istehsalçıları daha keyfiyyətli məhsul istehsal etməyə həvəsləndirir. Rəqabət mübarizəsi elmi-texniki inkişafın elementi olaraq bazarı zəif istehsalçılardan, sahibkarlardan təmizləyir və güclüləri həvəsləndirir.



Rəqabət mübarizəsi bir çox şərtlərdən asılıdır, lakin onun əsas mahiyyəti rəqiblərə nisbətən daha çox əmtəə satmaq, potensial rəqiblərin müştərilərini öz tərəfinə çəkmək və nəticədə bazarda daha çox paya malik olaraq rəqibləri aradan çıxarmaqdır. Rəqabət mübarizəsinin məqsədi bazarda daha (davamlı) möhkəm rəqib mövqeyi tutmaqdır.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin