ASEAN-ın yaranma tarixi Cənub-Şərqi Asiyada hökumətlərarası əməkdaşlığın ilk addımlarını “soyuq müharibə” illərində tapmaq olar. Lakin, həmin dövrdə bu əməkdaşlıq kəskin hərbi –siyasi xarakter daşıyırdı. Burada söhbət cənub-şərqi Asiya ölkələrinin hansı qlobal sistemin tərəfini tutmasından gedirdi (kapitalizm və ya sosializm). İqtisadi əsasda birləşmək cəhdləri baş tuta bilmirdi. Lkin, 8 avqust 1967-ci ildə Bankqok şəhərində İndoneziya, Malaziya, Sinqapur, Tailand və Filippin dövlətlərinin xarici işlər nazirləri səviyyəsində keçirilən konfransında qərara alınmışdır ki, iqtisadi birliyi rəhbər tutan böyük regional təşkilat yaradılsın. ASEAN-ın siyasi müstəqilliyində mühüm addımlardan biri,1971-ci ilin noyabr ayında qəbul edilən Cənub-Şərqi Asiyada sülh, azadlıq və neytrallıq zonası haqqında Kuala-Lumpur bəyannaməsi olmuşdur. Bu bəyannamədə qeyd olunurdu ki, göstərilən region neytral zonadır və bütün üzv dövlətlər onun tanınması üçün lazımı tədbirlər görəcəklər və bu zonaya xarici qüvvələr daxil ola bilməz. ASEAN-ın İndaneziyada keçirilən ilk sammitində Cənub şərqi Asiyada dostluq və əməkdaşlıq haqqınd müqavilə və razılaşma haqqında bəyannamə qəbul edilmişdir.Müqavilədə əsasən nəzərdə tutulurdu ki, ASEAN üzvləri yaranacaq hər hansı bir qarşılıqlı ziddiyətləri regionda sülhün qorunması üçün sülh yolu ilə həll edəcəklər və bütün mübahisəli məsələlər danışıqlarla nizama salınacaq.