1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Müayinə məlumatlarının işlənməsi metodunun



Yüklə 2,59 Mb.
səhifə27/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   23   24   25   26   27   28   29   30   ...   62
3.11. Müayinə məlumatlarının işlənməsi metodunun

təkmilləşdirilməsi
Seçmə metodologiyasının təkmilləşdirilməsi və məlumatların keyfiyyətinə nəzarət statistik məlumatların istehsalında prioritet problemlərdən hesab olunur. Bu problemləri yeni informasiya texnologiyaları və ekonometrik metodların tətbiqi vasitəsi ilə həll etmək olar. Odur ki, klassik (köhnə) metodologiyadan istifadə edilməsi yanlış nəticələrin alınmasına və doğru olmayan statistik qararların generasiyasına səbəb olur.

Mövcud statistik müayinə məlumatları aşağıdakı nöqsanlara malikdir:



  • informasiyanın asimmetrikliyi, məlumatın keyfiyyətsizliyi (reallığa adekvat olmaması);

  • zamana görə ləngiməsi (yəni operativ olmaması);

  • əhatə dairəsinin aşağı olması (tədqiqat obyektinin reprezentativ olmaması);

Köhnə metodlardan fərqli olaraq müasir metodlar yekun göstəricilərə deyil, mikro məlumatlara əsaslanır. Həmin məlumatların normallığı yoxlanılır, məlumatların statistik xarakteristikaları, informasiya balansı müəyyən olunur, başqa göstəricilərlə əlaqəliliyi təhlil edilir, qruplaşdırılır və s. Sadə dildə desək məlumatın etibarlılığı artırılır, qeyri-müəyyənliyi azalır, şəffaf hala salınır.

Təcrübədə adətən x1, x2, ...,xn vahidlərindən ibarət müşahidə məcmusu əsasında bu və ya digər nəticələri əldə etmək tələb olunur. Bir çox hallarda bu vahidlərin sayı yüzlərlə, hətta minlərlə olduğundan, mövcud müşahidənin hərtərəfli təsviri məsələsi meydana çıxır. Bu məqsədlə təsviri statistika metodundan istifadə olunur.

Təsviri statistika metodu dedikdə, müxtəlif göstəricilərin və qrafiklərin köməyilə x1, x2, ...,xn seçmə vahidlərinin təsvir olunması başa düşülür.

Təsviri statistika metodunun əhəmiyyəti ondan ibarətdir ki, kifayət qədər informativ statistik göstəricilər böyük sayda seçmə vahidlərinin nəzərdən keçirilməsi zərurətini aradan qaldırır.




Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin