3.8. Başdan-başa və seçmə statistik müayinə
məlumatlarının uyğunlaşdırılması metodunun
təkmilləşdirilməsi
Ölkənin sosial-iqtisadi inkişafının makro, mezo və regional səviyyədə tədqiqi və təhlili (informasiyanın generasiyasi) statistikanın əsas vəzifələrindən hesab edilir. Lakin müasir şəraitdə tədqiqat obyektlərinin sayı və onlar arasında qarşılıqlı əlaqələr xeyli artdığı üçün bütün obyektlərin tam öyrənilməsi tədqiqatçıların imkanlarından kənarda qalır, müşahidə məlumatlarının (başdan-başa və seçmə) uyğunlaşdırılması üçün ehtiyac yaranır.
Analitik statistikanın (riyazi statistika, ekonometriya) inkişafı tətqiqat obyektlərinin sayının azaldılması və nəticələrin ümumi məcmuya şamil edilməsinə (deduksiya və induksiya) imkan verir. Lakin tədqiqat obyektinin reprezentativ seçimi ekonometrik təhlilin aparılmasını tələb edir ki, bu da statistikanın inkişafında yeni mərhələnin əmələ gəlməsini şərtləndirir. Müasir informasiya texnologiyaları vasitəsilə və ekonometrik üsulların köməyi ilə başdan-başa müşahidə məlumatları təhlil edilir, qruplaşdırılır və seçmə şəbəkəsi yaradılır. Seçilmiş vahidlərin məlumatları isə baş məcmuya şamil edilir. Bu zaman orta amil, tənasüb üsulundan və reqressiya tənliklərindən istifadə edilir.
Məlum olduğu kimi, statistik müşahidələrin klassik forması başdan-başa müşahidələr hesab olunur. Bu müşahidələrin məlumatları əsasında registr yaradılır. Registr tədqiqat obyektini ifadə edən göstəricilər sistemidir. Seçmə səbəkəsi registrin məlumatları əsasında formalaşır.
Dostları ilə paylaş: |