4. Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasının
keçirilməsi üzrə proqram və metodologiya
Bazar iqtisadiyyatına keçid və dövlət əmlakının özəlləşdirilməsi obyektlərin mülkiyyət növlərinin və təşkilati-hüquqi formalarının dəyişməsi ilə nəticələnmişdir. Bu dəyişikliklərlə əlaqədar bütün iqtisadi vahidlərdən statistik hesabat formalarının yığılması mürəkkəbləşmiş və ölkənin ekoloji, iqtisadi və sosial-demoqrafik vəziyyətini qiymətləndirmək üçün müasir seçmə statistik müşahidə metodlarının tətbiqinə tələbat artmışdır. Bu səbəbdən fərdi sahibkarların və hüquqi şəxslərin demoqrafiyasını, fəaliyyət növlərini, iqtisadi-maliyyə vəziyyətini öyrənmək üçün siyahıyaalmadan istifadə edilir.
Qeyd edilməlidir ki, əhali və kənd təsərrüfatı siyahıyaalınmasından fərqli olaraq fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasında əsasən iqtisadi göstəricilərin toplanmasına üstünlük verilir.
Siyahıyaalma işlərini uğurla başa çatdırmaq üçün hazırlıq işləri görülməli, siyahıyaalma proqramı tərtib edilməli, metodoloji məsələlər həll edilməli və təşkilat planı hazırlanmalıdır. Təşkilat planı siyahıyaalmada çalışan işçilər üçün nəzərdə tutulur və metodoloji vəsait kimi istifadə edilir. Siyahıyaalmanın metodoloji materialları müvafiq nazirliklər və məlumatların digər istifadəçiləri ilə razılaşdırılmalı, mütəxəssislərlə müzakirə edilməlidir.
Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınması mühüm əhəmiyyət kəsb edən aşağıdakı məsələlərin həlli üçün informasiya təminatını ödəməlidir:
-
regionlarda sosial-iqtisadi vəziyyətin statistik tədqiqi;
-
fərdi sahibkarların və hüquqi şəxslərin fəaliyyətinin gəlirliliyi;
-
ixrac yönümlü məhsulların istehsalının artırılması imkanları;
-
qeyri-neft sektorunun inkişafının statistik tədqiqi;
-
investisiya fəaliyyəti;
-
əhalinin məşğulluğu;
-
ətraf mühitin vəziyyəti və s.
Dostları ilə paylaş: |