1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Statistik məlumatların istehsalı prosesində əmələ gələn tipik səhvlər



Yüklə 2,59 Mb.
səhifə9/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   5   6   7   8   9   10   11   12   ...   62
2.2. Statistik məlumatların istehsalı prosesində əmələ gələn tipik səhvlər
Statistik tədqiqatlarda səhvlər aşağıdakı kimi təsnifləşdirilir:

Səhvlərin ümumi modeli. Təcrübə göstərir ki, siyahıyaalma, seçmə müşahidə, inzibati qeydlər, yaxud statistik hesablamalar vasitəsi ilə əldə edilmiş məlumatlar səhvlərdən azad deyildir. Yəni insan fəaliyyətinin istənilən sahəsində olduğu kimi, məlumatların toplanması, işlənməsi və təhlili sahəsində də səhvlər mövcuddur. Bəzi səhvlər seçmə zamanı (seçmə xətası hesab edilir) əmələ gəlir və istifadə edilmiş seçmə metodundan asılıdır. Məlumatların keyfiyyətinə nəzarət və onların istehsalı zamanı buraxılan səhvlərin ölçülməsi üçün müxtəlif üsullardan istifadə edilir. Ümumiyyətlə, yekun səhvin hesablanması üçün aşağıdakı örta kvadratik xəta (MSE) modelindən istifadə edilir.

Mse = Vs+ Vr+Vcr+(Bs+Br)2

Burada, Vs – seçmə dispersiyası. Belə səhv siyahıyaalma və inzibati

məlumatlarda mövcud deyildir;

Vr – sadə sorğu dispersiyası. Bu səhvi sorğuların dəyişkənliyi

yaradır. Onu müəyyən etmək üçün eyni sualın təkrar

sorğusundan istifadə edilir;

Vcr– sorğu dispersiyasının korrelyasiyası. Bu səhv sorğuçu tərəfindən

məlumatların yeniləşdirilməsi zamanı mövcud olur;

Bs – seçmə kənarlaşması. Bu səhv seçmə reprezentativ olmadıqda

və yaxud seçmə şəbəkəsinin xüsusiyyətləri tələb olunan

meyarlara uyğun olmadıqda yaranır. Bu səhv siyahıyaalma

və seçmə müşahidələrə tətbiq edilə bilər;

Br – sorğudan imtina. Bu səhv sistematik olaraq artıq və ya az sayda

respondentlərdən sorğu aparılarkən, yəni seçmə planından

kənarlaşarkən əmələ gəlir.

Müşahidələrin keyfiyyətli yerinə yetirilməsi bir çox amillərdən asılıdır. Bu amillər üç qrupa bölünür:

1-ci qrup: (a) seçmənin ölçüsü, (b) stratifikasiya, (c) klasterləşdirmə, (ç) seçmə vahidlərinin ərazi üzrə yerləşməsi, (d) seçmə metodu

2-ci qrup: (a) seçmə şəbəkəsi, (b) sorğu metodu, (c) sorğu aparanların seçilməsi, öyrədilməsi və onların işinə nəzarət, (ç) sorğu anketinin həcmi və sözlərin (soz birləşmələrinin) aydınlığı, (d) sualın dəqiqliyi, (e) müşahidə aparılacaq ərazinin növü, (ə) sorğunun həyata keçirilməsi reallığı, (f) çapın keyfiyyəti

3-cü qrup: (a) redaksiya və imputasiya, (b) işin keyfiyyətinin qiymətləndirilməsi, (c) dispersiyanın qiymətləndirilməsi

Birinci qrup faktorlar seçmə layihəsindən, 2-ci qrup faktorlar məlumatların toplanmasından, 3-cü qrup faktorlar isə məlumatların işlənməsi və qiymətləndirilməsindən asılıdır. Seçmə layihəsi hər bir faktorun təsirini nəzərə almalı, məlumatların keyfiyyətli işlənməsini və orta kvadratik xətanın azaldılmasını təmin etməlidir. Məsələn, seçmə əlamətinin dispersiyası (Vs) və seçmə kənarlaşması (Bs) 1-ci qrup bütün faktorlara, eyni zamanda qiymətləndirmə prosesinə və cavab verməyən respondentlərin sayına təsir edir.

Orta kvradratik xətanın (Mse) seçmə ilə əlaqəli olmayan komponentləri (VR, VCR, BR) 2-ci qrupun bütün amillərinə və 2-ci qrup amilləri isə cavab verməyən respondentlərin sayına təsir edir. Məsələn, cavab verməyən respondentlərin sayı müşahidə aparılan ərazinin növündən və sayından asılı ola bilər. Sorğu vərəqəsindəki sualların sayı, dəqiqliyi də cavab verməyən respondentlərin sayına təsir edir.

Çox hallarda orta kvadratik xətanın (Mse) ayrı-ayrı komponentlərinin qiymətləndirilməsi mümkün olmur. Bu zaman məlumatların keyfiyyətinin müəyyən edilməsi problemi yaranır. Odur ki, xətaların mənbələri yuxarıdakı 3 qrup üzrə müəyyən edilir və onlar arasında səbəb və nəticə əlaqəsi təhlil edilir. Məsələn, pilot seçmə apararaq xətaları hesablamaq mümkündür. Bu pilot müşahidənin nəticələrindən böyük müşahidənin səhvlərinin azaldılması üçün vacib profilaktik tədbirlər kimi istifadə etmək olar. Digər tərəfdən pilot müayinə zamanı buraxılan səhv böyük müşahidəyə nisbətən fərqli ola bilər. Səhvlərin müşahidəyə hazırlıq mərhələsi və ya tədqiqatın aparılması zamanı buraxıldığı dəqiqləşdirilməli, səhvlərin mənbələri identifikasiya olunmalı, onların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulmalıdır.

Səhvlər, qiymətləndirmə və nəzarət

1-ci qrup amillərə aid səhvlər.

S1: Seçmə əlamətinin dispersiyası. Təsadüfi (ehtimallı) seçmələrə əsaslanan müşahidələrdə dispersiya hesablanır və təhlil edilir. Seçmə əlamətinin dispersiyası ancaq seçmə vahidinin funksiyası hesab edilmir, stratifikasiyanın, seçmə şəbəkəsinin müqayisəlilyini əhatə edir və təhlilin səmərəliliyini də nəzərə alır. Kənarlaşma variasiya əmsalı ilə ifadə edilir, təhlilin nəticəsinin interpretasiya edilməsində istifadə edilir. Seçmə planını tərtib edərkən variasiya əmsalı hesablanmalı və seçmənin doğruluğu əsaslandırılmalıdır.

S2: Stratifikasiya zamanı yaranan səhvlər. Stratifikasiya seçmə əlaməti üzrə göstəricilərin qruplaşdırılmasını təmin edən prosesdir. Məsələn, kənd təsərrüfatı üzrə aparılan müayinələrdə seçmə əlamətinin dispersiyasını (variasiyanı) davamlı olaraq azaltmaq üçün stratifikasiya aparılır. Stratifikasiya prosesindən əkin sahələrinin strukturunun dəyişməsini öyrənmək üçün istifadə edilir. Stratifikasiya olunmuş tədqiqatların orta göstəricilərinin müqayisə edilməsi daha doğru nəticələrin əldə edilməsini təmin edir. Stratifikasiyadan istər yerli, istərsə də qlobal seçmə şəbəkəsinin yaradılması üçün istifadə edilir. Bazar münasibətləri iqtisadi vahidlərin vəziyyətinə dinamik təsir etdiyi üçün onların tez-tez stratifikasiyasına ehtiyac yaranır.

S3: Seçmə vahidlərinin klasterləşdirilməsi zamanı əmələ gələn xətalar. Baş məcmunun klasterlərə bölünməsi klasterlər daxili variasiya böyük olduqda mümkündür. Qeyd edilməlidir ki, klasterləşdirmənin müxtəlif formalarının tətbiqi eyni zamanda məlumatların toplanması üçün vəsaitin azaldılmasına səbəb olur. Məlumatların toplanması üçün lazım olan xərclərin təhlili klasterlər daxili korelyasiya əmsalının təhlili (qiymətləndirilməsi) ilə birbaşa əlaqəlidir. Belə təhlillərdən siyahıyaalma və ya seçmə müşahidələrin nəticələrinin qiymətləndirilməsində istifadə edilir.

S4: Seçmə vahidlərinin ərazi üzrə paylanmasından asılı olaraq, seçmə dispersiyası. Seçmə vahidlərinin ərazi üzrə paylanması müxtəlif ərazilərdən məlumatların toplanması xərclərinin fərqli olmasına səbəb olur. Xərclərin azaldılması seçmə üsulundan və baş məcmuda seçmə əlamətlərinin statistik xarakteristikasından asılıdır. S4 və S3 səhvləri bir-biri ilə üzvi olaraq əlaqəlidir.

S5: Seçilmiş vahidlərin sorğu zamanı aşkar edilməməsi səhvi. Bu səhv S6 səhvi ilə əlaqəlidir. Bu halda sorğu aparılan vahid seçmə şəbəkəsindən kənarda yerləşir.

Seçmə vahidlərinin sayının müəyyənləşdirilməsi və seçmə prosesinə nəzarət (monitorinq) qiymətləndirilir. Daimi nəzarət seçmə şəbəkəsinin keyfiyyətli olmasına səbəb olur.

2-ci qrup amillərə aid səhvlər:

S6: Seçmə şəbəkəsi ilə əlaqəli səhvlər. Bu səhvlər sorğu prosesinə aid olmayıb seçmə şəbəkəsinin yaradılması prosesində meydana çıxır. Belə səhvlərin qiymətləndirilməsi üçün siyahıyaalma materialları əsas götürülür. Siyahıyaalma başdan-başa müşahidə olduğu üçün seçmə prosesində əmələ gələn səhvlər burada əmələ gəlmir.

S7: Sorğu zamanı meydana gələn səhvlər. Sorğuçu, seçmə şəbəkəsinə uyğun olaraq respondentlərdən məlumat toplayır. Sorğu vərəqəsində sualların qoyuluşu, bir sorğucuya düşən seçmə vahidlərinin sayı, seçmə vahidlərinin ərazilər üzrə paylanması və digər belə səhvlərin əmələ gəlməsinə səbəb olur.

S8: Sorğu vaxtına görə dispersiya. Eyni tədqiqat ənənəvi sorğu, elektron formada (e-mail), telefonla və internet vasitəsi ilə aparıla bilər. Lakin bu məlumatların toplanması üçün lazım olan vaxt müxtəlif ola bilər. Bu müxtəlifliyin müqayisəli təhlili üçün dispersiya hasablamaq lazımdır.

S9: Sorğudan imtina edildiyi üçün yaranan səhv. Sorğudan imtina halları olduqda seçmə məcmusunun statistik xarakteristikası baş məcmunun statistik xarakteristikasından fərqlənir, yəni seçmə əlamətinin orta qiymətləri fərqlənir, yaxud nəzərdə tutulan həddi aşır. Onda tədqiqatın səhvi artır, sorğu aparılan seçmə vahidlərinin sayı azalır. Sadə təsadüfi seçmədə seçmə dispersiyası seçmə vahidlərinin sayının tərs qiymətindən asılıdır.

S10: Sorğu səhvi. Sorğu dispersiyası və sorğu kənarlaşması. Sorğu səhvi bir çox amillərdən asılıdır. Sorğu vərəqəsinin tərtibi, təlimati müşavirənin keçirilməsi və sorğu aparanların ekspertizadan keçirilməsi, sorğuçuların seçilməsi qaydası və məlumatların toplanması metodologiyası bu amillərə aiddir.




Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin