1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Tədqiqat zamanı əmələ gəlmiş səhvlər



Yüklə 2,59 Mb.
səhifə10/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
Tədqiqat zamanı əmələ gəlmiş səhvlər

Tədqiqatın mərhələləri

Buraxılmış səhvlərin qruplaşdırılması

Qeydlər

Planlaşdırma

- Sorğu aparılmış vahidlər seçmə planından aşağıdır. (non respond mövcuddur)
- sorğu vərəqəsinin yoxlanılması üçün pilot tədqiqatı aparılmışdır

- seçmə dispersiyası gözlənilən qiymətə yaxındır, lakin seçmə planı tam yerinə yetirilməmişdir (cavab verməyənlər var)

- sorğu üzrə səhvlərin və seçmə planının yerinə yetirilməsinə çalışmaq lazımdır (cavab verməyənlərin sayını azaltmaq)



Sayıcıların (sorğuçu) hazırlanması

- yoxlama, müşahidə aparmaq, klasterləşdirmə və əks əlaqə yaratmaq qabiliyyəti

- təcrübəli sayıcılar (sorğuçu) cavab verməyən respondentlərin (non-respondların) sayını və kənarlaşmanı azaltmağa meylli olurlar. Eyni zamanda hər seçilmiş vahidin tədqiqatı üçün xərclər də azalmış olur.

Məlumatların toplanması

- sorğu anketinin suallarına müxtəlif yollarla (telefonla, e-mail və s.) cavablar toplanır. Imtina hallarını azatmaq üçün müxtəlif üsullardan istifadə edilir.

- seçmə ərazisindən seçmə vahidinin əvəz edilməsi yol verilməzdir. Çünki, həmin vahid seçmə planında nəzərdə tutulmuş vahidin statistik xarakteristikalarına müvafiq olmaya bilər

- seçmə planının yerinə yetirilməsi üçün (cavab verməyənlərin sayını azaltmaq üçün) və ya seçmənin sayını artırmaq üçün ehtiyat seçmə fondundan istifadə sorğu səhvlərini artırır

- seçmə planından kənar seçim (cavab verməyənlərin alt seçimi)



- çox sayda suallar seçmə vahidinin dəyərinin çox olmasına və eyni zamanda sorğunun vaxtının artmasına səbəb olur. Seçmə planından kənar sorğunun azaldılması seçmə variasiyasının və seçmə planından kənarlaşmanın azalmasını təmin edir.

- seçmə variasıyası azala bilər, lakin seçmə və seçmə planından kənarlaşma mövcud ola bilər.

- seçmə variasiyası və seçmə planı üzrə xəta azalsa da, non respond üzrə kənarlaşma azalmır.

- artıq xərclər tələb edir. Non respond kənarlaşması azalır.



İşlənməsi

- sorğuda cavab verilməyən sualların bərpası (cavab verməyənlər üzrə şərti hesablamanın aparılması)

- işlənmə xərcləri əhəmiyyətli şəkildə artır. Çünki buraxılmış səhvlərin bərpası kompleks əməliyyatlar tələb edir.

- müşahidə məlumatlarının təhlilində çətinliklər yaradır.

- bərpa edilmiş məlumatlar haqqında istehlakçılara xəbərdarlıq da çətinlik törədir.

S11: Kodlaşdırma səhvi. Kodlaşma zamanı standart kodlardan istifadə edilməlidir.

S12: Bərpa (imputasiya). İmputasiya və çəkilərin hesablanması mərhələsində seçmə planının yerinə yetirilməsi daha ümumi metodlarla hesablanır. Sorğuda iştirak etməyən vahidlərin (non respond), eyni zamanda sorğu zamanı buraxılmış sualların bərpasının respondent arasında səmərəli təşkili lazımdır. Sorğuya cavab verən və cavab verməyən respondentlərə dair məlumatlardan seçmə müayınənin nəticəsinin baş məcmuya şamil edilməsi üçün çəkilərin hesablanması zamanı istifadə edilir.

S13: İşarələmə səhvi. Statistik məlumatların toplanması zamanı sorğu anketlərində xüsusi ayrılmış yerlərin doğru işarələnməməsi səhvlərin əmələ gəlməsinə səbəb olur. Belə səhvlərin qiymətləndirilməsi üçün xüsusi (inzibati) mənbələrdən də istifadə edilir. Onlar müəyyən edilir və keyfiyyətə təsiri hesablanır.

S14: Dispersiyanın təhlili (qiymətləndirilməsi) zamanı yaranan səhvlər. Klassik statistika nəzəriyyəsinə əsasən sadə təsadüfi seçmənin xətası kompleks layihələrdə baza səhvi kimi qəbul edilir. Yəni seçmə müşahidəsinin səmərəliliyini müəyyənləşdirmək üçün baza səhvi ilə faktiki səhv müqayisə edilir. Baza səhvi sadə təsadüfü seçmə üzrə seçmə vahidinin variasiyasına görə hesablanır. Tədqiqat aparıldıqdan sonra seçmə vahidinin variasiyası sadə təsadüfi seçmə metodu ilə tapılmış seçmə əlamətinin variasiyasına nisbəti hesablanır. Alınmış qismət tədqiqatın dizayn effekt adlanan keyfiyyətini göstərir və aşağıdakı düsturla hesablanır:

Burada, Vp – baş məcmunun seçmə əlamətinin variasiyası

V– seçmə məcmusunun seçmə əlamətinin variasiyası

- baş məcmu üçün seçmə əlaməti üzrə yekun qiymət

- seçmə əlaməti üzrə orta qiymətə görə baş məcmunun yekun qiyməti.

Əgər layihənin səmərəliliyi vahiddən kiçikdirsə, onda dəqiqlik təmin edilir. Əks halda isə, tədqiqatın keyfiyyəti aşağı hesab edilir.



Səhvlərin təsnifləşdirilməsi

Mərhələlər

Profilaktika zamanı

Diaqnostika zamanı

Xətaların qiymətləndirilməsi və nəzarət

Seçmə səbəkəsi

X




E5, E6, E7

Stratifikasiya




X

E2

Ərasi üzrə yerləşdirmə

X




E4

Ehtimalın yeniləşməsi

X




E5

Respondent xətası

X

x

E8, E9, E10

Seçmə xətası




x

E1, E14

Yenidən sorğu

X

x

E8, E9, E10

Sorğu aparılmayıb

X

x

E8, E9, E10

Məlumatların işlənməsi zamanı səhvlər

X

x

E11, E12, E13


Müşahidənin səmərəliliyi (yararlılığı). Müşahidənin səmərəliliyi məlumatların mənbəyindən, seçmə planından, məlumatların toplanması üsulundan, keyfiyyətli monitorinqdən, məlumatların işlənməsindən, qiymətləndirilməsindən, seçmə vahidlərinin ərazi üzrə paylanmasından və s. asılıdır. Müşahidənin səmərəliliyinin (yararlılığının) müəyyən edilməsi zamanı keyfiyyət göstəricilərilərinə xüsusi diqqət yetirilməlidir.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin