137. İki işarəli nüfuz xətti yayılmış yüklə yükləndikdə nüfuzun ifadəsini göstərməli.
A)
B)
C)
D)
E)
138. Ferma nəyə deyilir ?
A) Millərdən təşkil olunmuş, düyünləri ideal oynaqlar vasitəsilə əvəz etdikdə, həndəsi dəyişməzliyini saxlayan sistemə ferma deyilir.
B) Millərdən təşkil olunmuş sistemə deyilir.
C) Düyünlərdə sərt birləşmiş sistemə deyilir.
D) Milləri düzoxlu olan sistemə deyilir.
E) Milləri əyri oxlu olan sistemə deyilir.
139. Ferma üçün hansı tələbatlar ödənilməlidir ?
1) Xarici yük fermanın düyünlərinə tətbiq olunmalıdır.
2) Ferma millərinin oxları düyün mərkəzində görüşməlidir.
3) Ferma milləri düz oxlu millər olmalıdır.
4) Xarici yük fermanın millərinə tətbiq olunmalıdır.
A) 1,2,3
B) 1,3,4
C) 2,3,4
D) 1,3,4
E) 3,4
140. Müstəvi fermanın hər bir düyünü üçün neçə tənlik yazmaq olar ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
141. Fermanın hansı millərinə qurşaq milləri deyilir ?
A) Yuxarı və aşağı konturları üzrə düzülmüş millərinə.
B) Konturlar arasında qalan millərə.
C) Dayaqlara yaxın olan millərə.
D) Ortalığa yaxın olan millərə.
E) Konsolda olan millərinə.
142. Fermanın hansı milləri şəbəkə milləri adlanır ?
A) Qurşaqlar arasında qalan milləri.
B) Dayaq milləri.
C) Konturu üzrə düzülmüş milləri.
D) Aşağı konturu üzrə olan milləri.
E) Yuxarı kontur üzrə olan milləri.
143. Dayaq reaksiyalarına görə fermaların hansı növləri vardır ?
A) Dafiəli və dafiəsiz fermalar.
B) Tirvari fermalar.
C) Asma fermalar.
D) Konsol fermalar.
E) Paralel kəmərli fermalar.
144. Mürəkkəb şəbəkəli fermalara misal göstərməli.
A) Romb, çoxqat və şprengelli şəbəkələr.
B) Dirək-dirsək şəbəkə.
C) Üçbucaq şəbəkə.
D) Maili şəbəkə.
E) Yarımdirsək şəbəkə.
145. Tirvari fermalarda dayaq reaksiyaları necə təyin edilir ?
A) Sadə tirlərdə olduğu kimi.
B) Proyeksiya tənliklərindən.
C) Deformasiya tənliklərindən.
D) Fiziki tənliklərdən.
E) Moment tənliklərindən.
146. Fermada daxili qüvvələri tapmaq üçün hansı üsuldan istifadə edilir ?
A) Kəsmələr üsulundan.
B) Qapalı üsuldan.
C) Proyeksiya üsulundan.
D) Sıfır yüklər üsulundan.
E) Açıq üsuldan.
147. Kəsmələr üsulu hansı qaydalar şəklində tətbiq edilir ?
A) B , C və D bəndləri birlikdə götürüldükdə.
B) Düyün kəsmə qaydası .
C) Moment alma qaydası.
D) Proyeksiya alma qaydası.
E) Dayaq kəsmə qaydası.
148. Düyün kəsmə qaydası ilə ferma elementlərində daxili qüvvələri tapmaq üçün nə etmək lazımdır ?
A) İki məchul daxili qüvvəsi olan düyündən başlayaraq, hər düyünün ayrıca müvazinətinə baxmaq lazımdır.
B) İxtiyari düyünlərə nəzərən moment almaq lazımdır.
C) Proyeksiya tənliyi yazmaq lazımdır.
D) Fermanı kəsmək lazımdır.
E) Fermanı xarici yükdən azad etmək lazımdır.
149. Düyün kəsmə qandasının nöqsan cəhətlərini göstərməli.
1) Birdən – birə fermanın axtarılan millərində daxili qüvvəni tapmaq mümkün olmur.
2) Bir mildə daxili qüvvənin təyinində edilən səhv digər millərə də aid olur.
3) Ferma millərindəki daxili qüvvələr bir-birindən asılı olaraq təyin edilir.
4) Moment tənliyi yazmaq mümkün olmur.
A) 1,2,3
B) 2,3,4
C) 1,2,4
D) 2,4
E) 1,3
150. Momentalma qaydasının əsas şərti aşağıdakıladan hansıdır ?
A) Ferma kəsmə xətti ilə kəsildikdə kəsiyə üçdən artıq mil düşməməli və kəsilən millərin üçünün də istiqaməti bir nöqtədə görüşməməlidir.
B) Ferma ele kəsilməlidir ki, kəsiyə üçdən artıq mil düşsün.
C) Ferma ele kəsilməlidir ki, proyeksiya tənliyi yazmaq mümkün olsun.
D) Dayaq düyünlərinə nəzərən moment tənliyini yazmaq mümkün olsun.
E) Düyünləri kəsmək mümkün olsun.
151. Momentalma qaydasının müsbət cəhəti nədən ibarətdir ?
1- Məchulları tək – tək ayırmağa imkan verir.
2- Elementlərdəki daxili qüvvələr bir – birindən asılı olmadan təyin edilir.
3- Bir mildə daxili qüvvə səhv alınarsa, digər millərə də aid edilir.
4- Yazılmış tənliklərin hər birində bir məchul iştirak edir.
A) 1,2
B) 2,3
C) 3,4
D) 1,2,3
E) 2,3,4
152. Proyeksiya alma qaydasını hansı fermalara tətbiq etmək əlverişlidir ?
A) Paralel qurşaqlı fermalara.
B) Üçbucaq qurşaqlı fermalara.
C) Poliqonal fermalara.
D) Trapesiya şəkilli fermalara.
E) Bütün fermalara.
153. Ferma millərində hansı daxili qüvvələr yaranır ?
A) Oxboyu normal qüvvələr.
B) Kəsici qüvvələr.
C) Əyici momentlər.
D) Əyici moment və kəsici qüvvələr.
E) Bütün qüvvələr.
154. Verilmiş fermada sıfır millərini göstərməli,
A) 1-2, 1-4, 5-6 və 4-5 milləri;
B) A-1, A-2, 1-3 və 3-5 milləri;
C) A-2, 2-4, 4-6 və 3-4 milləri;
D) B-6, B-5, 1-3 və 3-4 milləri;
E) Sıfır milləri yoxdur.
155. Verilmiş fermada sıfır millərini göstərməli,
A) 1-2, 2-4, 3-4 və 7-8;
B) 5-8, 5-7, A-B və 8-B;
C) 1-3, 3-5, 4-5 və 5-6;
D) A-8, 1-4, 4-5 və B-8;
E) 1-3, 1-4, 4-6 və 6-8.
156. Verilmiş fermanın göstərilən millərində daxili qüvvələri tapmalı.
A) N2-3 = 1,5P; N4-5 = P; N1-3 = 0;
B) N2-3 = 2,5P; N4-5 =2P; N1-3 = P;
C) N2-3 = P; N4-5 = 0; N1-3 = 2P;
D) N2-3 = 1,5P; N4-5 = -P; N1-3 = 0;
E) N2-3 = 0; N4-5 =-P; N1-3 = 2P;
157. Verilmiş fermanın göstərilən millərində daxili qüvvələri tapmalı.
A) N3-5 = -1,5P; N9-B = 0; N6-7 = 1,5P;
B) N3-5 = 2P; N9-B = 2,5P; N6-7 = -0,5P;
C) N3-5 = 1,5P; N9-B = 0; N6-7 = 2,5P;
D) N3-5 = 0; N9-B = 2P; N6-7 = -3P;
E) N3-5 = P; N9-B = P; N6-7 = -1,5P;
158. Dafiəli qurğular nəyə deyilir ?
A) Şaquli qüvvələr təsirindən dayaqlarında şaquli dayaq reaksiyaları ilə yanaşı, üfüqi dayaq reaksiyaları da əmələ gələn qurğulara deyilir.
B) Dayaqlarında yalnız üfüqi reaksiyalar olan qurğulara deyilir.
C) Dayaqlarında şaquli dayaq reaksiyaları olan qurğulara deyilir.
D) Xarici yükü olan qurğulara deyilir.
E) Əyri oxlu bruslara deyilir.
159. Dafiəli qurğulara misal göstərməli.
1) Üç oynaqlı tağlar və üç oynaqlı fermalar.
2) Üç oynaqlı çərçivələr və asma sistemlər.
3) Tirvari sistemlər.
4) Konsollu və konsolsuz tirlər.
A) 1,2
B) 2,3
C) 3,4
D) 1,3
E) 1,4
160. Üç oynaqlı tağın yerlə birləşən dayağı necə adlanır ?
A) Daban.
B) Qıfıl.
C) Oynaq.
D) Travers.
E) Asqı.
161. Üç oynaqlı tağda hansı oynaq qıfıl oynağı adlanır ?
A) Sol və sağ yarımtağları birləşdirən oynaq.
B) Yerlə birləşən oynaq.
C) Dayaq oynaqları.
D) Natamam oynaq.
E) Mürəkkəb oynaq.
162. Üç oynaqlı tağ necə sistemdir ?
A) Statik həll olunan və həndəsi dəyişməz olub, dafiəli sistemdir.
B) Həndəsi dəyişən sistemdir.
C) Sınıq oxlu sistemdir.
D) Statik həll olunmayan sistemdir.
E) Düz oxlu sistemdir
163. Üç oynaqlı tağın sərbəstlik dərəcəsi nəyə bərabərdir ?
A) 0.
B) 1.
C) 2.
D) 3.
E) 4.
164. Üç oynaqlı tağın dayaqları necə götürülə bilər?
A) Eyni səviyədə və müxtəlif səviyyədə.
B) Yalnız eyni səviyyədə.
C) Yalnız müxtəlif səviyyədə.
D) Sancılmış sərt şəkildə.
E) Sancılmış tərpənən şəkildə.
165. Dayaqları müxtəlif səviyyədə olan tağ necə adlanır ?
A) Maili tağ.
B) Üfüqi tağ.
C) Şaquli tağ.
D) Çarpaz tağ.
E) Sınıq oxlu tağ.
166. Dafiəli sistemin tirvari sistemlərdən əsas fərqi nədədir ?
A) Dafiə qüvvəsinin olması.
B) Şaquli qüvvənin olması.
C) Reaksiyaların yaranması.
D) Əyri oxlu olması.
E) Sınıq oxlu olması.
167. Dafiə qüvvəsini qəbul etmək üçün üç oynaqlı tağlarda hansı tədbirlər həyata keçirilir?
A) Massiv özüllər tikilir və ya dayaqlar dartqın milləri ilə birləşdirilir.
B) Dayaqlar möhkəmləndirilir.
C) Qüvvələr azaldılır.
D) Qüvvələr artırılır.
E) Qurğu yükdən azad edilir.
168. Dartqın mili olan tağ necə adlanır ?
A) Dartqınlı tağ.
B) Maili tağ.
C) Yatıq tağ.
D) Çökük tağ.
E) Üfüqi tağ.
169. Üç oynaqlı tağ və üç oynaqlı çərçivələrdə dartqın milləri necə götürülə bilər ?
A) Dayaqlardan aşağıda, yuxarıda və dayaqlar səviyyəsində.
B) Yalnız dayaqlar səviyyəsində.
C) Yalnız dayaqlardan aşağıda.
D) Yalnız dayaqlardan yuxarıda.
E) Ferma şəklində.
170. Üç oynaqlı tağın oxu, əsasən, necə götürülə bilər ?
A) Parabola, çevrə qövsü, elleps və hiperbola şəklində.
B) yalnız parabola şəklində.
C) Elleps şəklində.
D) Yalnız dairə şəklində.
E) Sınıq oxlu şəkildə.
171. Koordinat başlanğıcı sol dayaqda götürülmüş parabolik tağın oxunun tənliyini göstərməli.
A) ;
B) ;
C) ;
D) ;
E) ;
172. Koordinat başlanğıcı sol dayaqda götürülmüş dairəvi tağın oxunun tənliyini göstərməli.
A) ;
B) ;
C) ;
D)
E) ;
173. Üç oynaqlı tağın şaquli dayaq reaksiyaları necə təyin edilir ?
A) Uyğun sadə tirdə olduğu kimi.
B) Moment tənliyindən.
C) Proyeksiya tənliyindən.
D) Düyün kəsməklə.
E) Kəsmələr üsulu ilə.
174. Şaquli topa yüklərlə yüklənmiş üç oynaqlı tağlarda şaquli dayaq reaksiyaları hansı ifadə ilə təyin edilir ?
A) , ;
B) , ;
C) ; ;
D) ;
E)
175. Üç oynaqlı sistemlərdə dafiə qüvvəsi hansı şərtdən təyin edilir ?
A) Qıfıl oynağında əyici momentin sıfıra bərabər olması şərtindən.
B) Dayaqda əyici momentin sıfıra bərabər olması şərtindən.
C) Dayaqda kəsici qüvvənin olmaması şərtindən.
D) Dayaqda yerdəyişmənin olması şərtindən.
E) Dayaqda normal qüvvənin olması şərtindən.
176. Üç oynaqlı tağda dafiə qüvvəsi hansı ifadə ilə təyin edilir ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
177. Üç oynaqlı tağda dafiə qüvvəsi əsasən nədən asılı olur ?
A) Tağın diklik ordinatından.
B) Xarici qüvvədən.
C) Eninə qüvvədən.
D) Boyuna qüvvədən.
E) Kəsici qüvvədən.
178. Üç oynaqlı tağlarda dayaq reaksiyaları ilə tağın oxunun forması arasında hansı əlaqə vardır?
A) Heç bir əlaqə yoxdur.
B) Xətti əlaqə vardır.
C) Kvadratik əlaqə vardır.
D) Mütənasib asıllıq vardır.
E) Tərs mütənasib asıllıq vardır.
179. Dayaqları müxtəlif səviyyədə olan üç oynaqlı tağlar üçün şaquli dayaq reaksiyalarının ifadələrini göstərməli.
A) , ;
B) ;
C) ;
D) ;
E) .
180. Üç oynaqlı tağın en kəsiklərində hansı daxili qüvvələr yaranır ?
1) Əyici moment.
2) Kəsici qüvvə.
3) Normal qüvvə.
A) 1,2,3
B) 1,3
C) 1,2
D) 2,3
E) 3
181. Şaquli qüvvələr təsirindən, üç oynaqlı tağın sol və sağ dayaqlarında yaranan dafiə qüvvələri arasında hansı əlaqə vardır ?
A) Qiymətcə bərabər, istiqamətcə əks olub, bir düz xətt boyunca yönəlir.
B) Xətti əlaqə vardır.
C) Qüvvələr bir-birini neytrallaşdırır.
D) Bir-birindən fərqlənirlər.
E) Biri digərinin iki mislinə bərabərdir.
182. Üç oynaqlı tağın ixtiyari x kəsiyi üçün əyici momentin ifadəsini göstərməli.
A) ;
B) ;
C) ;
D)
E) ;
183. Üç oynaqlı tağın ixtiyari x kəsiyində kəsici qüvvənin ifadəsi necə yazılır ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
184. Üç oynaqlı tağın ixtiyari x kəsiyində normal qüvvənin ifadəsi necə yazılır ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
185. Üç oynaqlı tağın uyğun sadə tirdən əsas fərqlərini göstərməli.
1-Tağda dafiə qüvvəsi yaranır.
2-Tağda əlavə olaraq sıxıcı normal qüvvə yaranır.
3-Tağda əyici moment və kəsici qüvvə çox olur.
A) 1
B) 2
C) 3
D) 1,2
E) 2,3
186. Uyğun sadə tir dedikdə nə başa düşülür ?
A) Aşırımı verilmiş tağın aşırımına bərabər və tağa təsir edən yüklərlə yüklənmiş tir başa düşülür .
B) Tağın aşırımında yerləşən tir başa düşülür.
C) İki konsollu tir başa düşülür.
D) Bir konsollu tir başa düşülür.
E) İki dayaq üzərində oturmuş tir başa düşülür.
187. Dartqınlı tağlar necə hesablanır ?
A) Dartqından yuxarıda olan hissəsi üç oynaqlı tağ kimi, aşağıda olan hissəsi isə əyrioxlu brus kimi.
B) Uyğun sadə tir kimi.
C) Daxili qüvvələr təyin edilir.
D) Əvvəlcə kəsici qüvvə tapılır.
E) Əvvəlcə əyici momentlər hesablanır.
188. Elastik sistem nəyə deyilir ?
A) Xarici qüvvənin təsiri ilə düz mütənasib olaraq yerdəyişmə alan və qüvvə kənar edildikdə yerdəyişməsi yox olan sistemlərə deyilir.
B) Qurğunu ilkin vəziyyətə qaytaran qüvvəyə deyilir.
C) Qurğunun deformasiyasına deyilir.
D) Yüklənmiş sistemə deyilir.
E) Dağıdıcı qüvvəyə deyilir.
189. Yerdəyişmə dedikdə nə başa düşülür ?
A) Deformasiya nəticəsində qurğunun nöqtələrinin koordinatının dəyişmələri başa düşülür.
B) Qurğunun deformasiyası başa düşülür.
C) Qurğunun yüklənməsi başa düşülür.
D) Yükün qurğu üzərində hərəkəti başa düşülür.
E) Qurğunun yüksüz vəziyyəti başa düşülür.
190. Elastik sistemdə qüvvələrlə yerdəyişmələr arasındakı asılılıq necə yazılır ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
191. nədir?
A) Xarici qüvvələr təsirindən qurğunun n-ci nöqtəsində yaranan yerdəyişmədir.
B) Qurğunun dönməsidir.
C) Xarici yükdən yaranan deformasiyadır.
D) Xarici yükdən qurğuda yaranan yerdəyişmədir.
E) Qurğunun yüklənməsidir.
192. Ümumiləşmiş Hukq qanunu necə ifadə edilir ?
A) Elastik qurğuda bir neçə qüvvənin birlikdə təsirindən alınan ümumi yerdəyişmə, bu qüvvələrin ayrı-ayrılıqda təsirindən alınan yerdəyişmələrin cəbri-cəminə bərabərdir.
B) Elastik qurğuda yaranan yerdəyişmə bu qurğuya təsir edən qüvvələrə bərabərdir.
C) Qüvvələrlə yerdəyişmələr arasında xətti asılılıq vardır.
D) Qüvvə artdıqca deformasiya da artır.
E) Qüvvə artdıqca deformasiya azalır.
193. Elastik qurğuda nə vaxt yerdəyişməsi sıfıra bərabər olur ?
A) Qurğu yükdən azad edildikdə.
B) Yüklər bir-birinə bərabər olduqda.
C) Yük azaldıqda.
D) Yük artdıqda.
E) Qurğunun en kəsiyi artdıqda.
194. Qüvvənin işi nəyə bərabərdir ?
A) Qüvvənin tətbiq nöqtəsinin qüvvə istiqamətində köçürüldüyü məsafəyə vurma hasilinə.
B) Qüvvənin yerdəyişməyə bölünməsindən alınan qismətə.
C) Qüvvə ilə yerdəyişmənin fərqinə.
D) Qüvvə ilə yerdəyişmənin cəminə.
E) Qüvvənin köçrülməsinə.
195. Ümumiləşmiş qüvvənin işi hansı ifadə ilə təyin edilir ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
196. Ümumiləşmiş qüvvənin işi nəyə bərabərdir ?
A) Ümumiləşmiş qüvvənin ümumiləşmiş yerdəyişməyə vurma hasilinə.
B) Qüvvənin yerdəyişməyə bölünməsindən alınan qismətə.
C) Qüvvə ilə yerdəyişmənin fərqinə.
D) Qüvvənin yerdəyişməyə vurma hasilinin iki mislinə.
E) Vahidə bərabərdir.
197. Momenti M olan cüt qüvvənin işi hansı ifadə ilə təyin olunur ?
A) ;
B) ;
C) ;
D) ;
E) ;
Dostları ilə paylaş: |