1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Nəqliyyat qovşaqlarının inkişafının zəruriliyi və qanunauyğunluqları



Yüklə 340,18 Kb.
səhifə48/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   44   45   46   47   48   49   50   51   ...   121
n.Menecment mühazirə

3. Nəqliyyat qovşaqlarının inkişafının zəruriliyi və qanunauyğunluqları

Nəqliyyat qovşaqları hər bir ölkənin kommunikasiyasından, istehsalın ixtisaslaşmasından və inkişafın səmərəliliyindən, yükdaşımanın intensivliyindən asılı olaraq əmələ gələrək inkişaf edir.

İndiki bazar iqtisadiyyatı şəraitində ölkələr arasında gedən inteqrasiya prosesləri, həmçinin beynəlxalq yükdaşımaların ildən-ilə surətlə artması hər bir ölkənin nəqliyyat sistemindən səmərəli istifadə etməklə nəqliyyat qovşaqlarının müasir şəraitdə uyğun formalaşması qanunauyğunluqlarının aşkar olunmasını tələb edir. Nəqliyyat qovşağı əlbətdə yeni fikir deyildir, lakin o ölkələrin inkişaf səviyyəsindən, nəqliyyat sistemindən asılı olaraq formalaşır.

Adətən iqtisadi və sosial-coğrafi baxımdan bir neçə nəqliyyat növünün kəsişdiyi ərazilərdə yerləşən iri stansiyaları nəqliyyat qovşağı adlandırmaq qəbul olunmuşdur. Lakin tədqiqatlar göstərir ki, nəqliyyat qovşaqlarının formalaşması yük və sərnişin daşımanın intensivləşməsindən, həmçinin beynəlxalq iqtisadi əlaqələrin formalaşmasına təsir göstərən nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətindən asılı olan amillərdən daha çox asılıdır. Başqa sözlə desək nəqliyyat qovşaqlarının formalaşması daxili və xarici yük daşımanın tənzimlənməsində mühüm rol oynayan bir neçə nəqliyyat növlərinin kəsişdiyi stansiyalarda əmələ gəlməsinə şərait yaradır.

Azərbaycan nəqliyyat kommunikasiyasına görə Avrasiya ölkələri arasında mərkəzi mövqe tutduğundan, həmçinin Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizinin Azərbaycanda kəsişməsi Qərb və Şərq ölkələri arasında yüklərin təhlükəsiz və səmərəli daşınmasını təmin etmək amilləri respublikada beynəlxalq səviyyəli nəqliyyat qovşaqlarının yaradılması imkanlarını aşkar etmişdir.

Müasir şəraitdə yükdaşımaların intensivliyindən asılı olaraq 2-3, 3-4 və daha çox nəqliyyat növlərinin kəsişdiyi ərazilərdə nəqliyyat qovşaqlarının formalaşmasına zəmin yaradır. Başqa sözlə desək dəmir yolu ilə avtomobil, dəmir yolu dəniz-çay, dəniz-hava-boru kəməri nəqliyyatının fəaliyyət göstərdiyi ərazilərdə nəqliyyat qovşaqları inkişaf edə bilər.

Nəqliyyat sahələrində yükdaşımaların inkişaf səviyyəsinən asılı olaraq nəqliyyat qovşaqlarını 3 kateqoriyada vermək mümkündür:

1) yüksək səviyyədə inkişaf etmiş nəqliyyat qovşağı;

2) inkişaf etməkdə olan nəqliyyat qovşağı;

3) inkişafa başlamış nəqliyyat qovşaqları.

XXI əsrin əvvəllərində “İpək yolu”nun inkişaf etdirilməsi və onun Azərbaycanda mərkəzləşməsi şübhəsiz ki, respublika daxilində beynəlxalq səviyyəli qovşaqların inkişafına təsir göstərmiş olacaqdır. Bu baxımdan Azərbaycanın ərazisində fəaliyyət göstərən bir çox dəmir yolu stansiyalarının yaxın gələcəkdə səmərəli fəaliyyəti nəticəsində həmin stansiyalar qovşaq roluna aid imkanlara malik olacaqdır. Həmin qovşaqlar tranzit yük axınlarının tənzimlənməsi üçün yeni köməkçi yolların salınmasını, yükvurma və boşaltma əməliyyatlarının mexanikləşdirilməsi üçün beynəlxalq normalara uyğun tədbirlərin görülməsini, həmin qovşaqlarda sosial sferanın müasir tələblərə uyğun qurulmasına dair məsələlərin həllini tələb edir.

İnkişaf etmiş nəqliyyat qovşaqları eyni zamanda formalaşmış sənaye qovşağı kimi fəaliyyət göstərir. Sənaye qovşağına verilən təriflər istehsal sahələrini ərazi üzrə mərkəzləşməsinin nəzəri-metodoloji məsələlərinin və istehsal münasibətlərinin tələblərinə müvafiq olaraq təhlilə görə deyil, mövcud qovşaqların iqtisadi-coğrafi təhlilindən alınan nəticələrə əsaslanır.



Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin