66. Yeni məhsulun hazırlanmasına hansı mərhələdən başlanılır:
A) məhsulun yaradılmasına dair ideyanın verilməsindən)
B) məhsulun sınaq nümunələrinin hazırlanmasından;
C) məhsulun eskizlərinin və çertyoclarının hazırlanmasından;
D) istehsal güclərinin mövcudluğunun təhlilindən;
E) məhsulun istehsal üçün zəruri olan material resurslarının əldə edilməsi imkanlarının təhlilindən;
67. Məhsulun keyfiyyətinin yüksəldilməsi əsasında onun modifikasiyası hansı halda məqsədəuyğundur:
A) bu işin həyata keçirilməsi üçün daha ucuz və keyfiyyətli material resurslarının mövcud olduğu halda;
B) elmi-tədqiqat və konstruktor-layihələrinin həyata keçirilməsi üçün resurslar mövcud olduğu halda;
C) keyfiyyət parametrinin yüksəldilməsini istehlakçı mütərəqqi dəyişilik kimi qəbul etdiyi halda;
D) məhsulun modifikasiyası əlavə xərclər və resurslar tələb etmədiyi halda) ;
E) məhsulun keyfiyyətini yüksəltməyə imkan verən texnika və texnologiya mövcud olduğu halda;
68. Yeni məhsulun hazırlanmasını hansı formada həyata keçirmək daha məqsədəuyğundur:
A) bu, müəssisənin məqsədi və resursların mövcudluğundan asılı olaraq müəyyən edilir;
B) kənardan lizensiya almaqla;
C) özünün gücü ilə;
D) xarici firmalarla əməkdaşlıq etməklə;
E) kənardan patent almaqla;
Dostları ilə paylaş: |