1. Pedaqogikanın mövzusu. Məqsəd və vəzifələri. Plan: Pedaqogika təlim,tərbiyə və təhsil haqqında elm kimi Pedaqogikanın vəzifələri və metodiki əsasları


Plan :  1.Təlimin sinif dərs sistemi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix12.11.2022
ölçüsü1,11 Mb.
#119383
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Pedaqogika və Psixologiyanın əsasları (Mühazirələr)

Plan : 
1.Təlimin sinif dərs sistemi; 
2.Dərs təlimin əsas təşkili forması kimi; 
3.Dərsə verilən müasir tələblər; 
4.Dərsin quruluşu və tipləri; 
Təlimin təşkili foraları təlim prosesinin mühüm tərkib hissələrindən biridir. 
Müəllim və şagirdlərin müəyyən zaman fasiləsindəki fəaliyyəti, onların 
qarşılıqlı əlaqələri təlimin təşkili formalarında öz əksini tapmışdır. Təlimin 
müxdəlif təşkili formaları olmuşdur (fərdi, qrup, daltonplan və s.). Təlimin əsas 
təşkili forması dərsdir. Çünki , bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir. 
Dərs təlim və tərbiyənin əsas təşkili forması kimi məktəbin bütün fəaliyyətinin 
mərkəzində durur. Dərs pedaqoji prosesi zəncir kimi biri – birinə bağlıyır. 
Müəllimin biliyi, bcarığı, yaradıcı fəaliyyəti məhz dərsdə özünü göstərir. Yeni 
pedaqoji təfəkkürün şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsas məhz dərsdə 
qoyulur. Müasir dərs haqqında müxtəlif təsəvürlər formalaşsa da, yalnız 
pedaqoji təfəkkürün və düşüncənin həlledici əhəmiyyətə malik olması əsas 
sayılır. Dərs cədcəl üzrə tərtib olunur, sabit (şagird) öyrənənlər qrupu üçün 
nəzərdə tutulur, tədris proqramına əsasən təşkil edilir və dərsdə vaxta ciddi əməl 
olunmalıdır.
Beləliklə dərs- müəlimin rəhbərliyi altında sabit cədvəl üzrə keçirilən bilik, 
bacarıq, vərdişlərlə silahlandıran və tərbiyə edən məcburi məşğələ formasıdır. 
Dərsdə müəllimin fikir və hisslərini əks etdirir. Dərsdə öyrənənləri 
fəallaşdırmağın mühüm vasitəsi heyrətdir, yəni maraqdır. Təfəkkür, yəni 
düşündürməsi heyrətdən başlayır. Bunun üçün şagirdlərin qarşısında idraki 
suallar qoymaq vacibdir: nə üçün? Nəyə görə? Səbəb nədir? Kimi suallar fikri 
fəallığa təhrik edir. Axtarıcılıq, tapmaq, anlamaq, düşündürmək kimi əqli 
fəallıqlarını artırır. Müasir dövrdə şagirdlərin elektron portallardan istifadə 
etməsidə dərsin daha təkmilləşdirilməsinə və idrak qabiliyyətlərinin inkişafına 
kömək edir. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin