1. Pedaqogikanın mövzusu. Məqsəd və vəzifələri. Plan: Pedaqogika təlim,tərbiyə və təhsil haqqında elm kimi Pedaqogikanın vəzifələri və metodiki əsasları



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix12.11.2022
ölçüsü1,11 Mb.
#119383
1   ...   16   17   18   19   20   21   22   23   ...   31
Pedaqogika və Psixologiyanın əsasları (Mühazirələr)

1.İşgüzar səs – küy –bu dərsdə sakit oturmaq və intizamlı olmaq prinsipindən 
uzaq olan metoddur.Yalnız öyrənməyə, mənimsəməyə, məlumat almağa maraq 
yaradan işgüzar səs-küyün nəticəsi qazanmaqdır. Işgüzar səs-küy zamanı 
şagirdlərin sərbəst fikirlərinə yer vermək, mövqelerini öyrənməklə zəif, utancaq 
uşaqları da fəallaşdırmaq yoludur; 
2.Əqli hücum (beyin həmləsi)-buna beyin həmləsi, zehni hücum , əqli sıçrayış 
da deyilir. Qısa müddət ərzində suala, problemlə əlaqədar olan bütün mümkün 
variantlar, fikir və təkliflər qeyd olunur. Əqli hücum daha çox yeni mövzunun 
öyrənilməsinə başlanarkən giriş müsabiqəsində təşkil olunur. Bu maraq oyatmaq 
məqsədilə aparılır. Bu zaman beyinlərdə bilik ehtiyatı hərəkətə gəlir və dərhal 
cavab verməyə məqam yaranır.Əqli hücum şagirdlərin müstəqilliyni 
formalaşdıran ən mühüm metoddur; 
3.Rollu- idraki oyunlar- öyrənənlər rollar üzrə oyunda iştirak etməklə 
hadisələrin iştirakçısı olurlar. Aydındır ki, kiçik yaşlı uşaqlar təbiət etibari ilə 
oyuna daha çox maraq göstərirlər. Oyun prosesində uşaq öz hislərini, 
bacarıqlarını, ünsiyyətini, nitq mədəniyyətini ortaya qoyur və oyundan həzz alır. 
Bu cür oyun prosesi onun idraki marağını inkişaf etdirir və gələcək bacarıqlarını 
formalaşdırır; 


4.Səhnəciklər –uşaqlar uyduraraq həyatda özlərinə aid olmayan hadisələri 
səhnədə göstərməsidir. Bənzətmə, böyüklər kimi olmağa çalışamaq , 
yamsılamaq və digər hisləri məhz səhnəciklərdə göstərməyə çalışırlar; 
5.Bibo cədvəli- bu metod səmərəli metod olsa da, həmişə istifadə olunmur. Bu 
metod öyrənənlərə keçmiş bilik dərinləşdirmək və ya yeni biliklərə əlaqə 
yaratmaq imkanı verir; 
Bilirəm 
Bilmək 
istəyirəm 
Öyrəndim 
6.Klaster (şaxələndirmək) –lövhədə və ya iş vərəqəsində dairə çəkilir. Onun 
mərkəzində yazılmış söz və ifadələr söylənərək tapşırılır.Mərkəzdə yazılmış 
anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlərlə xətlər vastəsilə 
birləşir; 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin