anadangəlmə davranış reaksiyası, hakimiyyətə can atma, şəxsiyyətin öz mühitinə düşmən münasibətinin təzahürü və s. kimi izah edirlər. Belə affektiv təsirlər bəzi hallarda yeniyetmə və gənclərdə suisidal davranışa – intihar hallarına da gətirib çıxarır. Aqressivlik kəmiyyət və keyfiyyət baxımından fərqli xarakteristikaya malikdir. Bu cəhətdən aqressivliyin motivləşməmiş və emosional durum zəminində yaranan (əsəbilik, düşmənçilik və s.) olmaqla iki əsas tipi fərqləndirilir.
Təhsil müəssisələrində bəzi yeniyetmə və gənclərin aqressiv davranış aktlarına da təsadüf olunur ki, bu da müəllimlər və məktəb rəhbərləri ilə yanaşı, valideynləri də ciddi narahat edir. Təhsil müəssisəsində işləyən psixoloq aqressiv davranışa malik olan yeniyetmə və gəncləri aşkara çıxarmalı və onlarla korreksiyaedici tədbirlər müəyyənləşdirib, həyata keçirməlidir. Yeniyetmə və gənclərdə aqressivliyin aşkara çıxarılması üçün sınaqdan çıxarılmış müvafiq diaqnostik metodikalardan biri Bass – Darki sorğusudur.