1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Fərdi psixoloji xüsusiyyətlərin diaqnostikası



Yüklə 138,91 Kb.
səhifə31/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   27   28   29   30   31   32   33   34   ...   76
6.Fərdi psixoloji xüsusiyyətlərin diaqnostikası
1.Fərdi psixologiya haqqında ümumi məlumat

2.Temperamentin diaqnostikası

3.Xarakterin diaqnostikası

4.Qabiliyyətin diaqnostikası



1.Fərdi psixologiya haqqında ümumi məlumat - İnsanın fərdiliyi psixologiyadan geniş tədqiq edilmiş problemlərdən biridir, lakin bu sahədə elmi araşdırmalar aparmış A.Adler, A.Zak, B.Ananyev, A.Lyublinskaya, B.Merlin, J.Piaje, J.Blokin, S.Pavlov, M.Volokitina və b. gəldiyi nəticələrə görə fərdi fərqlərin təbiəti hələ yaxşı öyrənilməyib. Fərdiliyin fiziologiyası ilə bağlı aparılmış tədqiqatlar son illər daha çox genetik istiqamət almışdır. Bu, onunla əlaqələndirilir ki, əgər insanın fərdiliyinin orqanizmində baş verən fizioloji proseslərdən kənarda izahı təsvirçilikdən kənara çıxa bilmirsə, deməli, fizioloji proseslərdə genetik amillərdən kənarda obyektiv izah oluna bilməz.

Psixofizioloji, Psixogenetik kəşflər göstərmişdir ki, fərdin biofiziopsixoloji inkişafı qanunauyğun olaraq vəhdətdə baş verməklə makrogenetik, mikrogenetik dəyişmələrlə müşayiət olunur. A.Zaporojes onun özünüinkişaf amili ilə bağlı olduğunu bildirir. Yəni, inkişafın hər bir mərhələsi özündən əvvəlkini əvəz edir. Bu təkrarlanan əməliyyatlar xarici səbəblərdən daha çox daxili səbəblərlə şərtlənir.

İstər psixoloqlar, istərsə də pedaqoqlar təcrübədə hələ də fərdi yanaşmanın empirik metodlarına üstünlük verirlər. Professor Ə.Əlizadə Azərbaycanın təhsil sistemində problemlə bağlı vəziyyəti belə izah edir ki, fərdi yanaşma yeni kontekstdə tədris fənnidən uşağa doğru getməyi deyil, uşaqdan, onun malik olduğu imkanlardan tədris fənninə doğru getməyi nəzərdə tutur.Fərdin inkişafının proqramlaşdırılması mühüm əhəmiyyət kəsb edir. O, fərdiləşmənin müasir səviyyəsini təhlil edərkən bu nəticəyə gəlir ki, təlimdə diferensiya problemi nəzəri – metodoloji səviyyədə nisbətən ətraflı öyrənilib. Faktiki baxımdan isə hələ araşdırılmamış məsələlər var. Ə.Əlizadənin fikrinə görə təlimin fərdiləşdirilməsi özünəməxsus psixoloji prosesdir, buna görə də diaqnostikalaşdırmaya söykənməlidir. Təəssüflər olsun ki, onun problemlə bağlı bu fikirlərini məktəbəqədər tərbiyə sahəsinə də şamil etmək mümkün deyildir. Çünki həmin sahədə fərdiləşdirmənin nəinki real tərəfləri, nəzəri – metodoloji əsasları da regional şəraitdə öyrənilməyib.

Neyropsixologiya sahəsində aparılan son tədqiqatlar əsəb sisteminin özünün genetik xüsusiyyətlərə malik olduğunu sübut etmişdir. Bu baxımdan uşağın fərdiliyi, ilk növbədə ali əsəb fəaliyyətinin dəyişməyən, stabil xarakteri kimi başa düşülməlidir. Əsəb sisteminin hər bir xassəsi genotipik əlamət kimi bir neçə formada təzahür edir.Lakin genotipik əlamətlər yalnız əsəb sisteminin fərdiliyi ilə məhdudlaşmır. O, daha geniş anlayışdır. Ona görə də V.İ.Teplov hesab edir ki, əsəb sistemi bütün situasiyalarda davranışın funksional məzmununu əhatəli izah edə bilmir. Təcrübədən məlum olduğu kimi davranış bəzən asan, bəzən çətin qurulur. Bu, əsəb sisteminin əsas xassələri ilə əlaqədardır. Beləki, davranış bir – birini nizamlayan sindromlarla tənzimlənir. Onlar müxtəlif əlamətlərə malikdir.

1. Əsəb sisteminin dözümlülüyünü təmin edən uzun müddətli oyanmanı qoruyub saxlamaq.

2. Oyanma və ləngimənin nizamlanmasını təmin edən qüvvəyə malik olmaq.

3. Genotipik amillərlə şərtlənən fərdi reflekslərin yenidən qurulmasının, diferensiasiyasının sürətinə nəzarət ermək.

Əsəb prosesləri qüvvə və mütəhhərriklikdən, yüngüllük və cəldlikdən başqa bir – birinə dinamik təsir göstərmək, tənzimləmək və istiqamət vermək xasssələrinə də malikdir. Bu xassələr ümumilikdə, pedaqoji nöqteyi nəzərdən əsəb proseslərinin “ dinamikliyi” , “ səfərbərliyi” kimi adlandırılır. Həmin ifadələr uşağın temperament xüsusiyyətlərini səciyyələndirir.

Əsəb sisteminin fərdliyini öyrənmək üçün onun psixofizioloji xassəsini nəzərdən keçirdikdə iki sual meydana çıxır.

1.Hər bir xassənin müxtəlif tərəflərinin, yaxud müxtəlif əsəb sistemi tiplərinin əhəmiyyəti.

2. Əsəb sisteminin psixofizioloji xassələrinin hansının aparıcı funksiya yerinə yetirməsi.

Birinci məsələ ilə bağlı tədqiqatçıların gəldiyi qənaət eynidir. Həssas olan əsəb sistemi möhkəm, az həssas olan əsəb sistemi isə zəif sayıla bilməz. Çünki, elə fəaliyyət növləri vardır ki, onlar möhkəm əsəb sistemi, digərləri isə zəif əsəb sistemi üçün daha münasibdir.

İkinci suala cavab tapmaq üçün əsəb sisteminin fizioloji xassələri ilə psixi xassələri arasındakı əlaqəni nəzərdən keçirmək lazım gəlir. Belə qarşılıqlı təhlil zamanı aydın olur ki, əsəb sisteminin bir çox xüsuiyyətləri yalnız temperamentlə deyil, eləcə də digər psixi xassələrə xasdır. Məsələn, əsəb sisteminin zəifliyi insanın fərdiliyində yüksək sensor həssalıq olmasını xaraktrizə edir. Onun qüvvəsi yayındırıcı qıcıqlayıcıya qarşı dayana bilmək qabiliyyətini göstərir. Dinamiklik əsəb sisteminin inkişafetdirici və ləngidici əlaqələrinin asanlıqla qurulmasını xarakterizə edir və s.

M.S.Yeqorov və T.M.Maryuşina ontogenezdə fərdiliyin inkişaf xarakterini belə izah edirlər:

1. İnkişaf prosesində baş verən dəyişmə yalnız mühitlə deyil, genetik təsirlərlə bağlıdır.

2. Genotip fərdin inkişafında ikili funksiya yeinə yetirir:

a) inkişafı fərdiləşdirir

b) inkişafı tipləşdirir.

Hər hansı psixoloji əlamətin fenotipi isə uşağın müvafiq həyat təcrübəsində unikal genetik qurulma səviyyəsində üzə çıxa bilər.

3. Fərdi fərqlərin riyazi ifadəsi öyrənilən xarakteristikanın hansı səviyyədə genotiplə, hansı səviyyədə isə mühitlə bağlılığından asılıdır.

4. Genetik sistem inkişafda müvəqqəti prinsiplə işləyir. Yəni, inkişafın gedişində yaşla bağlı olaraq bu sistem ölçüsünə görə dəyişə bilər. Məsələn, məktəbəqədər yaş dövründən yeniyetməliyə qədər görmə hafizəsinin, diqqətin davamlılığının genotip şərtləri qorunub saxlanır və həmin müddətdə genotip şərtlər mühit şərtləri ilə əvəz olunur. Temperamentin aktivlik xassəsinin ümumiləşməsi gedir.

Psixoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, təlim müvəffəqiyyəti uşaqlara müsbət təsir göstərir. Təfəkkürün müxtəlif növlərinə, fikri proseslərə, ağlın keyfiyyətlərinə, səbəb – nəticə əlaqələrinin qurulması qabiliyyətinə və ümumi inkişafa imkan yaradır. Bununla yanaşı fərdi fərqlərin parametri fərdilik haqqında tam və dəqiq məlumat verə bilmir. Eksperimental tədqiqatlar, hətta sabit psixoloji parametrlər hesab olunan fərdi fərqlərdə də psixikanın ziddiyətli tərəfini, çatışmazlıqları, üzə çıxarmışlar. Fərdin subyektiv cəhətlərini aşkar etmək üçün müxtəlif konteksdə iş aparıla bilər. C.Kelli belə məsələlərin öyrənilməsində psixometrik metodlara: sosial bələdləşməyə, qrup və fərdi diaqnostikaya üstünlük verir.

Fərdi təcrübə özündə fərdin ətraf aləmlə birbaşa əlaqəsindən əmələ gələn təəssüratları və bu təəssüratlara onun subyektiv münasibətini əks etdirir. Onun məzmununu isə sensor təcrübədən tutmuş nitq təfəkkürünə qədər psixoloji obrazlar yaradır. Bu obrazlar fərdiliyin “katalizatoru” rolunu oynayır, uşağın xarakterinə, davranışına, insanlarla qarşılıqlı münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də ətraf aləm uşaqda formalaşan fərdi – psixoloji obrazların emosional məzmununun mənbəyi sayılır. Ətraf aləm həmçinin, uşaq təfəkkürünün koqnitiv məzmununa, motivlərinə də təsir edir.

Fərdi yanaşmada yalnız hər bir uşaq üçün fərdi olan xassə və keyfiyyətləri deyil, onların ali əsəb fəaliyyətinin təlim prosesindəki vəziyyətini, nəticədə əmələ gəlməsi ehtimal olunan reaksiyalarıda bilmək vacibdir. Nəzərə almaq lazımdır ki, əqli proseslərin bu və digər mərhələsinin aydınlığı, müddəti təkcə xarici qıcıqlayıcının xarakterindən deyil, subyektin həmin andakı emosional halından çox asılıdır.



Pedaqoqları ən çox narahat edən məsələlərdən biri təlim materiallarını çətin qavrayan, yaxud təlim şəraitinə alışa bilməyən uşaqlarla fərdi işin təşkili ilə bağlıdır. Psixologiyada göstərilən çətinliklər bir çox səbəblərlə həmçinin uşağın əqli funksiyalarının mərhələli vəziyyəti ilə xarakterizə olunur. Belə təzahürlər bir sıra özünəməxsus, spesifik xüsusiyyətlər kəsb edir və beyin mərkəzlərinin aşağı səviyyəli iş fəaliyyəti ilə izah edilir. Daxili tormozlanma prosesinin münasib zəifliyi neyrodinamikanın əsas göstəricisidir. Bu zəiflik tapşırığın həlli zamanı müxtəlif tərzdə təzahür edir. A.Pavlov mərhələli vəziyyəti bir neçə fazaya bölür.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin