2.Psixodiaqnostika fərdin psixoloji səviyyəsinin qiymətləndirilməsində aşağıdakı ümumi və konkret vəzifələri aydınlaşdırmağa imkan verir:
Ümumi vəzifələr:
1) müvafiq psixodiaqnostik metodları qruplaşdırmaq - psixologiyada metodlarla bağlı bir çox tədqiqatlar aparılmışdır. Bu metodlar praktik mahiyyət kəsb etdiyindən onlar fərqi qaydalarda qruplaşdırılmışdır. Metodların təsnifatlaşdırılması psixoloqun rahat seçim etməsinə kömək göstərir. Bəzən metodların çoxluğu tədqiqatçıda çaşqınlıq yarada billər. Bu baxımdan aparılan dioqnostik işin xüsusiyyətinə görə metodların qruplaşdırılması diaqnostik işi aparmaqda bir o qədər asan və əlverişli olar. Ən yaxşı metodlar bir neçə vəzifəni həll edə bilən metodlar hesab olunur.
2) psixodiaqnostikanın keçirilməsi şəraitinə verilən elmi tələbləri gözləmək-praktik psixodiaqnostika, psixoloji xidmət sisteminin ən çətin sahələrindən biridir. Psixoloji müayinənin keçirilməsi müvafiq metodikaların seçilməsi, nəticələrin düzgün qiymətləndirilməsi psixoloqdan xüsusi ixtisas hazırlığı peşəkarlıq, məharət tələb edir. Bu tədqiqatda ən böyük çətinlik uşaqların istedad və qabiliyyəti ilə bağlı proqnostik əhəmiyyətli müayinələrin aparılması zamanı meydana çıxır. Burda birinci çətinlik ondan ibarətdir ki, uşağın qabiliyyəti praktik olaraq adətən ona verilmiş xüsusi testin nəticəsinə görə qiymətləndirilir. Lakin uşaq tərəfindən ona verilmiş tapşırığın yerinə yetirilməsi yalnız onun qabiliyyətindən deyil həm də motivdən, mövcud bilik, bacarıq və vərdişlərin səviyyəsindən də asılıdır.
3) psixikanın müvafiq inkişaf mərhələsi üçün səciyyəvi xüsusiyyətləri müəyyənləşdirmək və uşaqların məktəb təliminə hazırlığı daim diqqət mərkəzində olmuşdur. Bu problem həm təhsil işçilərinin, həm də pedaqoq və psixoloqların mübahisə obyektinə çevrilmişdir. Buna görə də daim fikir ayrılıqları yaranırdı. Kimi, uşaqların məktəb təliminə hazırlığını intellectual hazırlıq, kimi də əqli-əxlaqi, əqli-fiziki hazırlıqla əlaqələndirirlər. Buna görə də həm ailədə, həm də təlim-təhsil müəssisələrində problemə ümumi şəkildə yanaşılmalıdır ki, məqsədyönlü nəticələr əldə edilsin.
4) psixoloji inkişafın səviyyəsini aydınlaşdırmaq--“Segen lövhəsi” uşağın inkişafı üçün ən əhəmiyyətli metodlardan biri hesab olunur. Bu metod G.Ebbinhauz və B.Koqan tərəfindən işlənib hazırlanmışdır və bu metoddan uşaqların psixofixzioloji hazırlığının müəyyən edilməsi üçün istifadə olunur. Bu metodun köməyi ilə əyani-hərəki təfəkkürün inkişaf səviyyəsi aşkar edilir. Yeni hərəkət tərzini düşünərək seçmək qabiliyyəti, eləcə də bu yolla öyrənmə bacarığı üzə çıxarılır. Həmçinin bu metoddan əqli cəhətdən geri qalmış və məktəbəqədər yaşlı uşaqların diaqnostikasında istifadə olunur. Bu metodun ən əhəmiyyətli tərəfi isə tapşırığın icrası zaman hərəkətlə nitqin müşayiət olunması zəruri deyil.
Dostları ilə paylaş: |