2.Psixodiaqnostikanın tarixi və psixodiaqnostikanın metodologiyası
1.Psixodiaqnostikanın yaranma tarixi və müasir vəziyyəti
2.Psixodiaqnostikanın metodları haqqında qısa məlumat
3.Psixodiaqnostikanın metodlarının təsnifatı
1. Psixodiaqnostikanın yaranma tarixi və müasir vəziyyəti. Hər bir elmin və onun sahələrinin, eləcə də praktik psixologiyanın mühüm sahəsi olan psixodiaqnostikanın yaranması, inkişafı tarixi vardır.Psixodiaqnostikanın yaranma tarixi qədimdir.Bu sahədə ilk nümunələr daha çox testləşdirmə xarakteri daşıyırdı.Onlardan qabiliyyətlərin, bilik və bacarıqların ölçülməsi üçün istifadə olunurdu. Beləliklə, testləşdirməyə müvafiq olan sınaqlar hələ e.ə. IV-II əsrlərdən məlum idi. Mülki şəxslərin orduya cəlb etmək üçün sınaqdan keçirilməsi məqsədilə ilk testlər hələ 4000 il əvvəl Çində yaradılmışdı.Eramızdan 2200 il əvvəl Qədim Çində hökumət qulluqçuları üç ildə bir dəfə imperatorun qarşısında 6 sahə üzrə sınaqdan keçirilirdi: musiqi, oxatma, at üstə gəzmə, yazı yazmaq, hesablama, ritual və mərasimlərin keçirilmə qaydaları.
İntellektual qabiliyyətlərin üstünlüyü millətin daha qabarıq olan etnik xüsusiyyəti, qürur duyduğu sahə hesab olunurdu. Məsələn, hind hökmdarı Devsar iranlıların müdriklərini sınamaq üçün onlara icad etdiyi şahmat oyununun gedişini göndərmiş, bu gedişə cavab istəmişdi. O, hesab edirdi ki, iranlılar həlli tapa biləyəcəklər, lakin Xosrovun vəziri şahmatın həllini taparaq hindlilərə indiki nərdə bənzər oyun göndərmiş, ancaq çinlilər düzgün cavab verə bilməmişdilər.
III minilliyin ortalarında mirzələr (vergi yığanlar) qədim Vavilyonun əsas şəxsləri hesab olunduqlarından bəzi cəbri hərəkətləri, sahələri ölçməyi, sərvəti bölməyi bilməli idilər. Bundan başqa onlara parça bitki və metalları fərqləndirmə qabiliyyəti də öyrənilirdi.Ona görə də mirzələr məzun edilməzdən əvvəl testdən keçirilirdilər.
Qədim Misirdə kahinlik sənətinə yiyələnmək üçün müəyyən sınaqdan keçməli olurdular.Əvvəlcə namizədlə onun tərcümeyi-halı və təhsil səviyəsinin öyrənilməsi üçün söhbət aparılırdı.Daha sonra işləmək, dinləmək və susmaq, su odla keçirilən sınaqlarda iştirak etməli idi. Verilən tələbləri yerinə yetirə bilmədikdə onu ölüm təhlükəsi gözləyirdi. Ona görə də hər bir namizədə məbədin qapısını çölə, yaxud içəriyə doğru açmazdan əvvəl yaxşı fikirləşməyi təklif edirdilər.
Pifaqor da Misirdə bu cür ciddi test sınağından keçməli olmuşdu. Mənbələrə görə, Misirdən Yunanıstana qayıdan Pifaqor burada öz məktəbin açır, keçdiyi sınaqlara bənzər sınaqlar hazırlayaraq tələblərinə tətbiq edirdi. Pifaqor intellektual qabiliyyətlərə daha çox əhəmiyyət verməklə “hər ağacdan Merkuriya düzəltmək olmur” fikrini qəbul edirdi. Bunun üçün o hər kəsə eyni çətinlikli riyazi tapşırıqlar verirdi. Adətən tapşırıq həll olunmurdu. Bundan sonra şagird bütün uşaqların yığışdığı zala gətirilir, kəskin gülüş atəşinə tutulurdu. Əgər sınaqdan keçirilən şagird bu imtahandan ləyaqətlə çıxa bilərdisə məktəbə qəbul edilirdi. Bu , göründüyü kimi, emosional-iradi sahənin testləşdirilməsi mahiyyəti daşıyırdı.
Azərbaycan mədəniyyətində də testləşdirmə ilə bağlı kifayət qədər nümunələr var.Qədim Oğuz mədəniyyətində ağılın və hünərin müəyyənləşdirilməsi ilə bağlı çoxlu sınaqlar tətbiq edilir, yarışlar keçirilir, dəyişmələr təşkil olunurdu. Məslən, “Dədə Qorqud” filmində bu cür sınaqlar özünün bədii əksini tapır. Hazırcavablığın test sınaqları ilə bağlı ən uniokal nümunələr: yanıltmaclar, bilməcələr, tapmacalar və s. Folklorda, eləcə də aşıq deyişmələrində toplanmışdır. Ə.Ə.Əlizadə N.Gəncəvinin yaradıcılığındakı “Fitnə fenomeni” ni fiziki qabiliyyətlərin müəyyənləşdirilməsi üçün unikal, klassik test nümunəsi kimi göstərir.
Psixodiaqnostika ümumi psixologiyanın praktik sahələrindən biri olaraq XIX əsrin sonu, XX əsrin əvvələrindən ayrılmağa başladı. Onun ilk mərhələsini eksperimental psixologiyanın inkişaf mərhələsi kimi götürmək olar. Belə ki, hələ XVIII əsrdən başlayaraq Almaniyada psixoloji fikirlərin inkişafında yeni dövr başlandı. BU dövrdə ilk dəfə olaraq Alman filosofu İmmanuel Kant (1724-1804) fəlsəfədə psixi hadisələrin öyrənilməsi problemi ilə bağlı bu və ya digər fikirlərə aydınlıq gətirdi. Bununla da həmin dövrə qədər formalaşmış fəlsəfi görüşlərdə yeni bir istiqamət yarandı.
Hazırda sosial sahələrdə də psixodiaqnostika işi xüsusilə genişlənməkdədir. Məktəbə, işə qəbulda, ailə problemlərinin həllində, istehsalat, səhiyyə, hərbi sistem və başqa sahələrdə psixodiaqnostika tətbiq olunur. Bu sahənin formalaşması ilə psixologiyanın təlim-tərbiyə prosesində tətbiqində mahiyyətcə yeni bir mərhələ başlanmışdır. Bu onunla bağlıdır ki, müasir şəraitdə psixoloji xidmət sivilizasiyanın əlaməti sayılır, lakin aparılan işləri qənaətbəxş hesab etmək olmaq. Bunun üçün psixodiaqnostik mərkəzlər yaradılmalı, müxtəlif sahələr üzrə aparılan psixoloji ölçmələrin etibarlılığına, dəqiqliyinə nəzarət edən qurumlar fəaliyyət göstərməlidir.
Dostları ilə paylaş: |