1. Psixologiyanın mövzusu və vəzifələri


Müsahibə,test və anket metodu



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   2   3   4   5   6   7   8   9   10   ...   17
1-15

6.Müsahibə,test və anket metodu 
•Müsahibə metodu- uşaqların yaşayışını, dünyagörüşünü, əqidəsini, 
maraq və meyllərini, keçdiyi həyat yolunu və gələcək həyata baxışıni 
və s. aşkara çıxarmaqda tətbiq edilir. Hər bir müsahibənin planı 
olmalıdır və sorğu-sual səmimi, təbii şəkildə aparılmalıdır. Toplanmış 
material vaxtında təhlil edilməlidir ki, uşaq haqqında düzgün 
mühakimə yürütmək mümkün olsun. 
•Test metodu- müəyyən sahəyə dair uşağın malik olduğu bilik və 
bacarığın yoxlanılmasında istifadə olunur. Uşağın hər hansı bir işi icra 
etməyə nə dərəcədə yararlı və hazır olub-olmadığı müəyyən edilir. 
Testlərin köməyi ilə müəyyən qabiliyyətləri, vərdişləri, bacarıqları 
aşkar etməyə çalışırlar. 
•Anket metodu- kütləvi psixoloji tədqiqat metodudur. Bu metod 
tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketdə 
tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin 
suallara cavab yazır. Həmin anket materillarını təhlil etməklə 


şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün 
olur. 
7.Psixikanın və şüurun inkişafı 
Psixikanın əmələ gəlməsi canlı materiyanın təşəkkülü ilə bağlıdır. 
Yalnız canlı materiyaya inikas formaları (əksetdirmə) xasdır. Onun ilk 
əlaməti qıcıqlanmadan ibarətdir. Qıcıqlanma-canlı orqanizmin, yəni 
bitki və heyvanların biotik təsirlərə cavab vermə qabiliyyətinə 
deyilir. Canlı orqanizmə biotik və abiotik təsirlər ola bilər. Birinci 
halda canlı orqanizm qıcığa yaxınlaşır, ikinci halda isə ondan uzaqlaşır. 
Bu, o deməkdir ki, hər bir canlı orqanizm bütün xarici qıcıqlara seçici 
münasibət bəsləyir. 
Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. Şüur da psixika kimi 
beynin funksiyasıdır. Şüur obyektiv aləmin ideal inikasıdır. Yəni əmək 
prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın 
təsəvvüründə, ideal surətdə mövcud olur. Şüur fərdin həyat yolunun 
təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan 
müxtəlif təsirləri ifadə edir. Fərdi və ictimai şüur vardır: 
Fərdi şüur- cəmiyyətdə yaşayan hər bir şəxsin şüurudur. Fərdi şüurun 
özünəməxsus xüsusiyyətləri vardır. Fərdi şüur insanın doğulması və 
ölümü ilə birlikdə doğulur və ölüb gedir. Fərdi şüur ailənin, dostların, 
tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana 
çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri və s. kimi 
amillərin də təsiri altında olur. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin