1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə226/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   222   223   224   225   226   227   228   229   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Dil sistemi dedikdə, “ünsürlərdən ibarət olub mü-
nasibətlərə görə birləşmiş vahid bütöv nəzərdə tutulur”. 
Başqa formada desək, dil sistemi dil ünsürləri, hadisələri, 
cərgə və ifadə vasitələrinin cəmi kimi götürülür. Ümumiy-
yətlə, dil sistemi bütün dil kateqoriyalarını, onlara məxsus 
dil qanunauyğunluqlarını əhatə edir. Buna görə də dil sis-
temi üçün başlıca cəhət dilin bütün vahidlərinin uyğun şə-
kildə əhatə olunmasıdır.
Verilmiş sxemdən göründüyü kimi, dil bir yox, bir 
neçə sistemdən ibarət olduğu üçün onu dilin sistem nəzə-
1
Azərbaycan dilinin izahlı lüğəti. III cild, B., 1987, səh. 82-83.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
405
riyyəsində sistemlər sistemi adlandı-
rırlar. Bu, həqiqətən də, belədir.
Dil sistemlərinin başlıca əlamə-
ti ilk növbədə əlaqə və münasibət 
məsələləridir. Müasir elm aləmində 
bu iki əlamətin xarakter və keyfiy-
yətləri haqqında müəyyən müla-
hizələr irəli sürülmüşdür.
Sistem və əlaqə. Məlumdur ki, 
hər bir sistem əlaqəli şəkildə fəaliy-
yət göstərən dil ünsürlərinin məc-
musu kimi mövcuddur. Deməli, sis-
tem üçün ünsürlərarası əlaqə zəru-
ridir. Sistemlərdə əlaqə iki formada 
özünü göstərir. Bunlardan biri sistemlərarası əlaqə, digəri isə 
sistemdaxili əlaqədir. Sistemlərarası əlaqəyə fonetik sistemlə 
leksik sistemin əlaqəsini, sistemdaxili əlaqəyə isə fonetik 
sistemdəki sait və samitlərin sistem əlaqəsini misal göstər-
mək olar.
Sistem və münasibət. Dil sisteminin təbiətini və xü-
susiyyətlərini düzgün dərk etmək üçün sistemdə müna-
sibətin əhəmiyyətinə fikir verilməlidir. Dildə sistemlə-
rin yaranması üçün dil ünsürləri arasında münasibət və 
yaxınlıq da zəruridir. Dil ünsürləri arasında münasibətlər 
iki şəkildə təzahür edir. Böyük sistemlərin təşəkkülündə 
sistemlərarası münasibətlər, digər sistemlərdə isə sistemdaxili 
münasibətlər həlledici rol oynayır.
Dilin bütün böyük və kiçik sistemləri arasında ümu-
mi və konkret şəkildə dialektik bağlılıq, möhkəm əlaqə 
və yaxın münasibət vardır. Bütün bunların əsasında da 

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin