1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə141/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   137   138   139   140   141   142   143   144   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

5. NİTQ HİSSƏLƏRİ
Morfologiyanın əsas mövzularından biri dildə-
ki sözlərin təsnifidir. Dilçilikdə nitq hissələrinin təsni-
finə dair müəyyən nəzəriyyələr olmuşdur. Məlumdur 
ki, bütün dillərdə nitq hissələri eyni kəmiyyətdə deyil. 
Buna görə nitq hissələrinin təsnifi prinsiplərinə müxtəlif 
baxımdan yanaşılması müşahidə olunur. Uzun müddət 
sözlərin təsnifi problemi dilçi alimlərin diqqət mərkə-
zində durmuşdur. Eramızdan əvvəl (384-322) yaşamış 
yunan alimi Aristotel “Poetika” əsərində sözlərin təsni-
finə cəhd edərək isim, feil və köməkçi sözlər qrupunu 
aşkar etmişdir. Lakin sözlərin nitq hissələri adı altında 
əsl elmi təsnifinə XIX əsrdən başlanmışdır. Məşhur rus 
dilçiləri L.V.Şerba, A.A.Şaxmatov və A.A.Potebnyanın 
bu sahədəki xidmətləri əvəzsizdir. Ümumiyyətlə, rus 
dilçiliyində nitq hissələrinin bölgüsündə müxtəlif fi-
kirlər mövcuddur. A.A.Şaxmatov nitq hissələrinin 14, 
V.V.Vinoqradov
1
9, hətta bəziləri 8 növü olduğunu qeyd 
edirlər. Müasir rus dilinin qrammatikasında 10 nitq his-
səsindən bəhs olunur: isim, sifət, say, əvəzlik, feil, zərf, 
sözönü, bağlayıcı, hissəcik və nida.
Nitq hissələrinin təsnifi baxımından dilçilik tarixini 
araşdırdıqda məlum olur ki, alimlər nitq hissələrinin əsas 
əlamətləri kimi sözlərin lüğəvi mənasını, sintaktik vəzifə-
sini və qrammatik formasını nəzərdə tutmuşlar.
1
Bax. B.B.Bиноградов. «Pyccкий язык». M.-Л., 1947. c. 39.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
245
Lakin bəzi dilçilər
1
bunlardan ikisini əsas götürürlər: 
sözlərin mənası və sintaktik rolu.
Türkoloqlardan N.K.Dmitriyev, A.K.Borovkov, A.N.Ko-
nonov, N.P.Dırenkova, N.A.Baskakov və başqaları nitq his-
sələrinin bölgüsündə, əsasən, yekdil rəydə olaraq 3 me yarı 
əsas götürmüşlər:
1) sözlərin lüğəvi mənası;
2) sintaktik rolu;
3) morfoloji əlaməti və ya qrammatik forması
2
.
Azərbaycan dilçiliyində də nitq proseslərinin təsni-
fində müxtəlif fikirlər meydana çıxmışdır. Bəzi dilçilər
3
Azər baycan dilində 9 nitq hissəsi, M.Hüseynzadə 11, 
S.Cə fərov 10 nitq hissəsi
4
, bəziləri
5
isə 12 nitq hissəsi oldu-
ğu nu göstərirlər.
Azərbaycan dilində indiyə qədər ümumməqbul sayı-
lan nitq hissələri aşağıdakılardır: 1) isim; 2) sifət; 3) say; 
4) əvəzlik; 5) feil; 6) zərf; 7) qoşma; 8) bağlayıcı; 9) ədat; 
10) nida; 11) modal sözlər. Bunlardan altısı (isim, sifət, say, 
əvəzlik, feil, zərf) əsas, üçü (qoşma, bağlayıcı, ədat) köməkçi 
nitq hissəsi hesab olunur. Nida, modal sözlər dəqiqləşmə-
mişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin