1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə142/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   138   139   140   141   142   143   144   145   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. İsim. Dilçilikdə isim adı altında adların bir qrupu 
öyrənilir və o, bütün varlıqların adlarını bildirən sözlər
“canlı və cansız əşyaların adlarını bildirən sözlər”, əşyanın 
məzmununu və s. ifadə edən sözlərdir.
1
Bax. М.Казем-бек. «Общая грамматика турецко-татарского языка». Казань, 1846; 
И.А.Бат манов. Части речи в киргизском языке. Фрунзе, 1939.
2
Bax: A.H.Кононов. «Грамматика современного турецкого литературного языка». 
M.-Л., 1956, c. 59-63, 135-138; Н.П.Дыренкова. Грамматика шорского языка M.-Л., 1941, 
с. 24-26; Н.А.Баскаков. Каракалпакский язык. ч. II, M., 1952, с. 159-165; Н.К.Дмитриев. 
Грамматика башкирского языка. M.-Л., 1948, с. 66-82; А.К.Боровков. О частях речи в 
языках тюркской системы. “Революция и письменность”. М., 1936, c. 90-97 və s.
3
Bax: Ə.Dəmirçizadə, D.Quliyev. Qrammatika, Bakı, 1937; Azərbaycan dilinin qrammatika-
sı. I hissə, Bakı, 1951.
4
Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1973; S.Cəfərov. Azərbaycan dilinin 
qrammatikası. Fonetika və morfologiya. Bakı, 1959.
5
Bax: Azərbaycan dilinin qrammatikası. I hissə, morfologiya, Bakı, 1960.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
246
Dünya dillərində ismə məxsus müxtəlif qrammatik ka-
teqoriyalar özünü göstərir. Məsələn, rus, alman, fransız, ərəb 
dillərində ismə məxsus cins kateqoriyası geniş yayılmışdır.
Azərbaycan dilində isim hal, mənsubiyyət, kəmiy-
yət və xəbərlik kateqoriyalarında özünü göstərir və bun-
ların hər birinə məxsus qrammatik formalar mövcuddur. 
Məsələn, hal şəkilçiləri (-ın)
4
, -a, -ə, (-ı)
4
, -da, -də, -dan, -dən, 
cəmlik bildirən şəkilçilər (-lar, -lər), xəbərlik bildirən şəkil-
çilər (-dır)
4
 və s.
Qrammatik formalı kateqoriyalardan başqa isimlərlə 
qrammatik formalı olmayan kateqoriyalar da mövcuddur. 
Məsələn, ümumilik və xüsusilik, konkretlik və mücərrədlik. 
İsimlərdə bu qrammatik kateqoriya hadisələri baş verərkən 
heç bir əlavə formaya ehtiyac hiss olunmur. Məsələn: kitab, 
dəftər, stol, əl, göz, ağac, dəmir, daş və s. ümumi isimlər; Kür, 
Araz, Bakı, Elçin, Natiq, Fərəh, Rəşad və s. xüsusi isimlər, qapı, 
ev, kağız, qaşıq, çəngəl, paltar, ayaqqabı və s. konkret isimlər, 
fikir, gülüş, yuxu, arzu, istək, xəyal, düşüncə, məhəbbət, nifrət və s. 
mücərrəd isimlərdir.
İsimlərin sintaktik vəzifəsinə gəldikdə, demək lazım-
dır ki, onlar söz birləşmələrinin əsas nüvəsi hesab olunur. 
Çünki isimlər söz birləşmələrinin hər iki tərəfində fəal şə-
kildə iştirak edə bilir. Cümlə üzvü kimi isimlər dildə ol-
duqca fəaldır. O, bütün cümlə üzvləri yerində işlənə bilir. 
Məsələn:
1) mübtəda yerində: Kitab bilik mənbəyidir. (M.Qorki)
2) xəbər yerində:
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır. (S.Vurğun)
3) tamamlıq yerində:
Döydü qapımızı bir acı ruzigar. (S.Vurğun)


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
247
4) təyin yerində:
Daş qəlbli insanları neylərdin, İlahi! (M.Ə.Sabir)
5) zərflik yerində:
Xaldır, çən-çiskin açılana qədər eyvanda, həyətdə, bağça­
da vurnuxur. (B.Bayramov)

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin