Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
260
bilir, yaxud
“dilçi” – dilçilik elmi ilə məşğul olan alim,
“ədə
biyyatşünas” – ədəbiyyatşünaslıq elmi ilə məşğul olan alim
və s. demək mümkündür. Lakin əşya və hadisələri adlan-
dırmaqda sözün söz birləşməsindən daha əlverişli olması
da elmə məlumdur. Çünki söz müəyyən bir obyekti qısa,
konkret, dəqiq, aydın şəkildə adlandırırsa, söz birləşməsi
həmin funksiyanı təsvirçilik yolu ilə yerinə yetirərək nitqi
müəyyənləşdirir. Bununla bərabər, demək lazımdır ki, söz
birləşməsi ilə əşya və ya hadisələrin adlandırılmasında
daha çox məna tutumu olur. Bundan əlavə, söz birləşmə-
si vasitəsilə əşya və hadisələrin mahiyyəti ifadə edilərkən
müxtəlif modellərdən istifadə olunur. Məsələn,
“yazıçı”
əvəzinə
“qələm ustası”,
“söz ustası”, “söz sənətinin ustadı”,
“söz sənətkarı” və s. birləşmələrdən istifadə olunur. Görün-
düyü kimi, müəyyən məfhum və anlayışların ifadə olun-
masında söz birləşmələri daha geniş imkanlara malikdir.
Söz – söz birləşməsinin, söz birləşməsi isə cümlənin
daxili nüvəsidir. Söz birləşməsində bu nüvədən biri digə-
rindən asılı vəziyyətdə olur. Məsələn,
“yaşıl” və
“yarpaq”,
“maraqlı” və
“söhbət”,
“igid” və
“qəhrəman” sözlərinin hər
biri ayrı-ayrılıqda müxtəlif məfhum və anlayışı bildirir.
Söz birləşməsi daxilində isə onlar bir məfhumu ifadə et-
məyə xidmət göstərir:
yaşıl yarpaq, maraqlı söhbət, igid qəhrə
man. Burada birinci tərəf (
yaşıl, maraqlı, igid) ikinci tərəfin
əlamət və keyfiyyətini bildirir.
Dünya dillərinin əksəriy-
yətində söz birləşməsi bu sintaktik model əsasında əmələ
gəlir. Bütün bunlarla bərabər, hər bir dildə söz birləşmələ-
rinin spesifik xüsusiyyətləri vardır.
Dostları ilə paylaş: