1. ÜMumi DİLÇİLİk I indd


yan Molla Pənah olmaz”. 8. Söz birləşməsi ilə ifadə olunan mübtəda: “Qəzetin re- daktoru müxbirləri öz yanına çağırdı” və s. 2. Xəbər



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə158/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   154   155   156   157   158   159   160   161   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

yan Molla Pənah olmaz”.
8. Söz birləşməsi ilə ifadə olunan mübtəda: “Qəzetin re-
daktoru müxbirləri öz yanına çağırdı” və s.
2. Xəbər. Cüttərkibli cümlədə xəbər baş üzv hesab 
olunsa da, o, müəyyən dərəcədə mübtədadan asılı olur. 
Xəbər mübtəda ilə birlikdə cümlənin əsasını təşkil edir. 
Cümlədə xəbər mübtədaya aid iş, hal, hərəkət bildirir. Xə-
bər icranın nə kimi hərəkətə, vəziyyətə, xasiyyətə və key-
fiyyətə malik olduğunu göstərir.
İfadə vasitələrinə görə xəbərin iki növü vardır: feili xə­
bərlər, ismi xəbərlər.
a) Feili xəbərlər ancaq feillə ifadə olunur. Məsələn: yağış 
yağırdı, fəhlələr həvəslə işləyirdilər, duman hər tərəfi bürü­
dü. Külək get-gedə şiddətlənirdi və s.
b) Məsələn: “Yer üzünün əşrəfi insandır,” “İndi növbə bi­
zimdir,” “Parçanın rəngi sarıdır” və s.
3. Tamamlıq. Cümlənin ikinci dərəcəli üzvlərindən 
biri olan tamamlıq mübtəda ilə xəbər arasında münasibət 
yaratmağa xidmət edir. Tamamlıq, bir qayda olaraq, xəbər 
vasitəsilə idarə olunur və buna görə də xəbərə tabe olur. 
Tamamlıq ismin adlıq və yiyəlik hal suallarından başqa 
yerdə qalan halların suallarını daşıyır.
Hərəkətlə obyektin arasındakı əlaqənin xarakterinə 
görə tamamlıqların iki növü vardır:
a) vasitəsiz tamamlıq; b) vasitəli tamamlıq.
Vasitəsiz tamamlıq üzərində hərəkət icra edilən ob-
yekti bildirir. Vasitəsiz tamamlıq ismin təsirlik halında 
olur, təsirli feillə ifadə edilən xəbərə aiddir. Məsələn: 
“Fəhlələr maşınla pambıq daşıyırdılar”. Bu cümlədə xə-
bər (daşıyırdılar) təsirli feillə ifadə olunduğuna görə ta-
mamlığı da (pambıq) ismin qeyri-müəyyən təsirlik halına 
salmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
272
Vasitəli tamamlıq üzərində hərəkət icra edilən obyek-
ti bildirir. Vasitəli tamamlıq ismin yönlük, yerlik və çıxışlıq 
hallarında işlənən sözlərlə ifadə olunur. Məsələn: “O, üzünü 

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin