Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
269
Tabesiz mürəkkəb cümlələrin əsas əlaməti bundan iba rət-
dir ki, bu sintaktik modelin tərkibinə daxil olan sadə cüm-
lələr bərabərhüquqludur. Məsələn:
“Kəhrizlərin suyu çat mır və
biz yazda Qarqar çayından ayrılan arxdan istifadə edi rik. Çox yerdə
körpü yoxdur, olanları isə bərbad haldadır” (B.Bay ramov).
Azərbaycan dilində tabeli mürəkkəb cümlələr arasın-
da aşağıdakı məna əlaqələri özünü göstərir:
a) zaman əlaqəsi;
b)
məkan əlaqəsi;
c) səbəb-nəticə əlaqəsi;
ç) ziddiyyət-qarşılaşdırma əlaqəsi;
d) aydınlaşdırma əlaqəsi və s.
Tabeli mürəkkəb cümlələrin başlıca əlaməti budur ki, hə-
min sintaktik modelə daxil olan cümlələrdən biri müstəqil,
digəri qeyri-müstəqildir. Dilçilikdə tabeli mürəkkəb cümlə
daxilindəki
müstəqil cümləyə baş cümlə, qeyri-müstəqil
cümləyə isə
budaq cümlə deyilir.
Dildə budaq cümlə baş
cümləyə müxtəlif cəhətdən
tabe olmur və bu zaman cümlə bütövlükdə hər hansı bir
cümlə üzvünün sualına cavab verir. Bu cəhətdən budaq
cümlənin müxtəlif növlərinə rast gəlinir:
1)
mübtəda budaq cümləsi;
2) xəbər
budaq cümləsi;
3) tamamlıq budaq cümləsi;
4) təyin budaq cümləsi;
5) zərflik budaq cümləsi.
Dilçilikdə baş və budaq cümlələr arasındakı
tabeli-
lik əlaqəsinin dərəcəsinə görə analitik, sintetik tipli tabeli
mürəkkəb cümlə tipləri göstərilir.
Dostları ilə paylaş: