1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə153/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   149   150   151   152   153   154   155   156   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

ri tərəfindən seçilmiş direktoru, qəzetin nömrəsi – qəzetin 
müqəddəs, ümumxalq Qurban bayramına həsr olunmuş 
xüsusi nömrəsi və s.
Tərəflərinin arasına nə qədər söz daxil olunursa-olun-
sun, III növ ismi birləşmə bütöv bir sintaktik vahid kimi 
cümlənin təkcə bir üzvü yerində çıxış edir. Məsələn, Qara-
bağın burada da payız çölləri, quba-qazlı qulları, gölləri, 
ördəkləri, bəzəkli düzləri zəngin süfrə kimi hardan-hara 
açılmışdı (B.Bayramov).
Bu cümlədə III növ ismi birləşmənin komponenti 
“Qarabağın”, II aparıcı komponenti isə “düzləri”dir. Görün-
düyü kimi, burada II komponent ilə həmcins olan “çölləri”, 
“suları”, “gölləri”, “ördəkləri” sözlərindən başqa söz birləş-
məsinin daxilinə başqa bir neçə dil vahidi də daxil olmuş-
dur. Bunlar hamısı bütövlükdə III növ söz birləşməsi təşkil 
edib cümlədə mübtəda yerində işlənmişdir.
Feili birləşmələrdə baş söz, əsasən, feildən ibarət olur. 
Məsələn, məktəbə daxil olmaq, həyətə qaçmaq, məqalə 
yazmaq, idmanla məşğul olmaq, ətrafa baxmaq, nəfəsi gül 
qoxuyan və s. (Azərbaycan dilində).
Feili birləşmələr feili sifət, feili bağlama və məsdər 
tərkiblərinin, habelə xəbərlə ifadə olunmuş feilin müxtəlif 
nitq hissələrini özünə tabe etməsi əsasında yaranır.
1. Feili sifət tərkibi əsasında əmələ gələn feili birləşmə. 
“Siz dünyagörmüş adamsınız, bəy, – deyə, Bərdənin pris-
tavı buxaq basmış boğazını arıtlayıb, mətləb üstünə gəl-
di’’ (B.Bayramov). “Dastanını yazdığımız bu şəhərin baş 
küçəsi dəniz kimi coşub qaynar’’ (S.Vurğun).
Bu bədii parçalarda işlənən feili sifət tərkibləri eyni 
zamanda feili birləşmələr kimi mürəkkəb təyin vəzifəsin-
də işlənmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
264
2. Feili bağlama tərkibi əsasında əmələ gələn feili 
birləşmə.
Evdən çıxıb yola düşəndə şiddətli xəzri əsirdi” (M.Sü-
ley manov). “Bahadır hələ üzünü yumamış ev yiyəsi qoca 
arvad Bahadırı çay içməyə çağırdı”.
Bu cümlələrdə “düşəndə” və “yumamış” feili bağlama-
ları əsasında düzələn feili bağlama tərkibləri və feili birləş-
mə əmələ gətirmiş zaman zərfliyi vəzifəsində işlənmişdir.
3. Məsdər tərkibləri əsasında əmələ gələn feili birləşmə.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin