Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
261
naşır. Buna görə də tərkibindəki baş sözün, aparıcı sözün
xarakterinə görə söz birləşməsinin əsas iki tipi müəyyən-
ləşdirilir:
a) ismi birləşmələr; b) feili birləşmələr.
İsmi birləşmələrdə baş söz isimdən ibarət olur. Məsələn,
göy çəmən, uca bina, beş kitab, o adam, belə hadisə, sərin su, ba
harın ətri, nazir müavini və s. (Azərbaycan dilində),
высокие
горы, друг Пушкина, близкий к городу, ход конем və s. (rus
dilində).
İsmi birləşmələr Azərbaycan dilçiliyində
təyini söz bir
ləşmələri adı altında da öyrənilir.
İsmi birləşmələr termini isə
rus dili və başqa dillərə dair dilçilik əsərlərində öz əksini
tapmışdır. Həmin əsərlərdə doğru olaraq söz birləşmələri
birləşmədə aparıcı rola malik olan nitq hissəsinin adı ilə
adlanır. Azərbaycan dilində
ismi söz birləşmələrinin üç
növü müəyyən olunmuşdur:
a) I növ ismi birləşmə. Bu sintaktik modeldə tərəflər
müstəqil cümlə üzvü yerində işlənir. Məsələn,
yaşıl işıq,
sakit hava, qaranlıq gecə, şiddətli yağış və s. Bu nümunələr-
də ismi söz birləşməsinin I tərəfi, bir qayda olaraq, təyin
rolunda, II tərəfi isə müxtəlif cümlə üzvü kimi çıxış edir.
I növ ismi birləşmələrin I tərəfi müxtəlif nitq hissəsi ilə, II
tərəfi isə isim və ya isimləşmiş nitq hissəsi ilə ifadə olunur.
Məsələn,
daş ev, dəmir qapı, qızıl pul, polad magistral və s.
(I tərəfi isim),
ağıllı uşaq, müdrik qoca, uca dağ, sıx meşə, qü
vvətli adam və s. (I tərəfi sifət),
doqquzuncu mərtəbə, altı il,
səkkiz ay, XXIX qurultay və s. (I tərəfi say),
bu adam, həmin
məsələ, belə vəziyyət, belə hərəkət və s. (I tərəfi əvəzlik),
oxu
muş qız, içməli su, görüləsi iş, oxunacaq məruzə, axar su və s.
(I tərəfi feili sifət).
Dostları ilə paylaş: