Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
256
kateqoriyasını müəyyən etmək üçün həmin kateqoriyaya
aid vahidlərin qarşılaşdırılması (
ev-evlər, adam-adamlar, ki
tab-kitablar) prinsipindən istifadə olunur; nəticədə
ev, adam
tək,
evlər, adamlar, kitablar cəm anlayışını
bildirdiyi aşkar
edilir.
Ümumiyyətlə, demək olar ki, bütün morfoloji kateqo-
riyaları müəyyənləşdirməkdə sözlərin əsas mənasına is-
tinad etməklə onları qarşılaşdırmaq prinsipindən istifadə
edilir.
Morfoloji kateqoriyalar bütün dillərin hamısında eyni
formada deyil. Məsələn, hal kateqoriyasının Azərbaycan
dilində 6, alman dilində 4, gürcü dilində 7, eston dilində 14
forması vardır
1
. Yaxud, cins kateqoriyasının fransız dilində
2 (kişi və qadın), rus dilində 3 (kişi, qadın və orta) forması
mövcuddur.
Bu və ya başqa dildə mövcud olan morfoloji kateqo-
riya digər dildə olmaya bilər. Məsələn, türk dillərində cins
kateqoriyası, eləcə də Afrika dillərinin bəzisində zaman
kateqoriyası yoxdur. Afrika dillərində, o cümlədən
vai di-
lində
getdim, gedirəm, gedəcəyəm (gedərəm) formalarını bil-
dirmək üçün
nta formasından istifadə edilir. Danışan hər
bir şəxs hərəkətin vaxtını bildirmək üçün xüsusi sözlərdən
istifadə edir. (İ.S.İlinskaya)
Dillərdəki bu fərqli cəhətlər ayrı-ayrı dillərin təbiətin-
dən irəli gələn xüsusiyyətlərdir.
Morfoloji tədqiqatın tarixi qədimdir.
Bizim eradan
əvvəl hələ V əsrdə hind alimləri dildə morfoloji hadisələri
müşahidə etmiş, bu barədə bəzi fikirlər söyləmişlər.
Qədim və antik elmin nümayəndələri dildəki sözləri
bir-birindən fərqləndirmiş və bunları nitq hissələrinə görə
1
Ayrı-ayrı dillərdə hal kateqoriyasının formaları miqdarca bərabər ola bilər. Lakin bunlar
məzmunca fərqlidir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
257
bölmüşlər. İlk dəfə dildə adlar (isim) və feillər müəyyən-
ləşdirilmiş, sonralar qalan sözlər bu iki nitq hissəsinə mü-
vafiq təsnif edilmişdir. Məsələn, adın (ismin) əlamətini bil-
dirən (sifət), miqdarını bildirən (say) və s.
Dillərin morfoloji xüsusiyyətləri başqa cəhətlərə nis-
bətən, demək olar ki, daha geniş və ətraflı işlənilmişdir.
Ayrı-ayrı
əsrlərdə, o cümlədən istər qədim dövrdə,
istər
XVI–XVIII əsrlərdə və istərsə də XIX əsrdə morfoloji tə-
dqiqat ön plana çəkilmişdir.
Müqayisəli və digər növ qrammatikalar yaradılarkən
morfologiyaya aid mövzular dərindən tətbiq edilmişdir.
Müasir dilçilikdə morfologiya yüksək inkişaf etdiril-
miş şöbələrdən biri hesab olunur.
Dostları ilə paylaş: