1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə147/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   143   144   145   146   147   148   149   150   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

təki, evə sarı, bizdən başqa və s.
Qoşmaların müxtəlif məna növləri vardır: a) bənzət-
mə mənasını ifadə edən qoşmalar: bizim kimi, onun qədər
sənin tək və s.
b) zaman mənasını ifadə edən qoşmalar: axşamadək
səhərəcən, indiyə kimi və s.
c) məkan mənasını ifadə edən qoşmalar: kəndə qədər
evə kimi, aşağıyacan və s.
1
Bax: F.Zeynalov. “Müasir türk dillərində köməkçi nitq hissələri”. Bakı, 1971, səh. 7-8.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
255
ç) birgəlik mənasını ifadə edən qoşmalar: sənin, qarda-
şımla, uşaqla və s.
Elmi ədəbiyyatda qoşmaların 10 məna növü verilir
1
.
2. Bağlayıcı. Bağlayıcılar həmcins üzvlər, söz birləş-
mələri və ya cümlələr arasında qrammatik əlaqə və müna-
sibət yaradan köməkçi nitq hissəsidir. Dildə məna və sin-
taktik cəhətdən işlənmələrinə görə bağlayıcılar iki hissəyə 
ayrılır: tabesizlik və tabelilik bağlayıcıları.
Azərbaycan dilində bağlayıcıların hər iki tipi söz bir-
ləşmələri, həmcins üzvlər və cümlələr arasında çox müxtə-
lif məna növü əmələ gətirir
2
.
3. Ədat. Ədatlar ayrı-ayrı sözlərin və ya bütövlükdə cüm-
lənin məna çalarlığını daha qabarıq nəzərə çarpdırmaq üçün 
işlədilən köməkçi nitq hissəsidir. Məsələn, “Gör nələr danışır 
ulu babalar”. “Nə olar, qoy azadlıq alaq, qoy bu köpək oğlunu 
qovaq, təzə məclis seçək, torpaq məsələsinə baxarıq”. “Artıq 
həyat məni tərk edir, nəfəsim boğulur” (Ə.Məmmədxanlı).
Bu bədii cümlələrdə “gör”, “qoy”, “artıq” sözləri ədat 
kimi işlənmişdir.
Azərbaycan dilində ədatların qüvvətləndirici, (artıq, 
daha, lap, hətta və s.), dəqiqləşdirici (elə, məhz, əsl), məhdudlaş-
dırıcı (yalnız, ancaq, bircə, təkcə), sual (bəs, məgər, yəni, ha, mı, mi, 
mu, mü), əmr (bax, gəl, qoy, gör və s.) növləri mövcuddur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin