4.Arman Rişelyenin diplomatiyası
IV Henridən sonra hakimiyyətə gəlmiş XII Lüdoviqin azyaşlı olması səbəbindən ölkədə bir neçə il qarışıqlıq,igtişaşlar hökm sürdü.Belə halda hakimiyyət idarəçiliyi 1 nazir Arman Rişelyenin əlinə keçdi.Rişrlye anlayırdı ki,,yalnız silahla deyil,təbliğatla hərəkət etmək vacibdir..Rişelyenin dövrü Fransada ilk qazetin çap olunmçası ilə əlamətdardır.Rişelyenin 1 nazir olduğu dövürdə (1624-164)Habsburqların yenidən güclənməsi qorxusu Fransa üzərini aldı.XVI əsrin sonlarına yaxın türklərin Habsburqlar üzərinə hücumları zəiflədi.Habsburqlar artıq bu dövrdə yenidən nəzərlərini Almaniyaya yönəldib orada öz təsirini və reformasiya ilə zəifləmiş imperator hakimiyyətini bərpa etməyi düşünürdü..Alman knyazlarının və onların imperatora müqavimətini gücləndirən”Katolik irtica”yeni protestantlıqla mübarizə başlandı.İmperatorun Almaniyanı özünə təslim etmək uğrunda son cəhd Otuzillik müharibə adı almış müharibə ilə başlandı.(1618).Bu dövrdə Rişelyenin sağ əli XVII əsrin məşhur diplomatı rahib Jozef Ata idi Fransanın bavarlarla dostluğa nail olması onun xidməti sayəsində mümkün oldu.1633-cü ildə o Fransanın alman siyasətinə başçılıq edirdi.Fransanın otuzillik müharibədə iştirakının tərəfdarı idi və Rişelye ilə yanaşı XVIl əsrin 40-cı illərində fransız siyasətinin təntənəsi üçün çox iş görmüşdü.1630-cu illərdə Almaniyanın ən bacarıqlı fransız diplomatları-Fankan,Şarnase, Marnyevill göndərildi.Onların vəzifəsi protestant knyazların dəstəyini təmin etmək idi. 1631-də Rişelye İsveç kralı Qustov Adolfls ittifaq bağladı.Fransa hər il isveç kralına 1mln luvr subsidiya verməyi öhtəsinə götürür,bunun əvəzində isə imperatora qarşı çıxmaq üçün isveç kralı Almaniyada 30 min piyada,6 min atlı saxlamağı vəd etmişdi.Beləliklə,İsveç birbaşa Fransanın muzdlusu kimi çıxış edərək Almaniyanın siyası parçalanmasını müdafiə etmək və imperiyanın güclənməsinə imkan verməmək vəzifəsini daşıyırdı.
Dostları ilə paylaş: |