1. Ъяряйанларын гаршылыглы тясири



Yüklə 1,35 Mb.
səhifə50/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
fizika imtahan sual və cavabı

54. Radioaktivlik

- Radioaktivitlik — radioaktiv parçalanma instabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır.

Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir.

Radiaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytrino, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşaiyət olunur. Radiaktivlik dedikdə həm də radiaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur.

Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radiaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radiaktivlik mövcuddur:

Təbii radiaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə parçalanmasıdır.

Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır.

Radiaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.

Parçalanma zamanı yaranan hissəciklərin xassələrindən asılı olaraq alfa-parçalanma, betta-parçalanma adlanırlar. Qamma parçalanma anlayışı çox nadir hallarda işlənir. Nüvənin qamma hissəciklər buraxması adətən izomer keçid adlanır. Qamma şüalanma çox vaxt digər növ parçalanmaları müşaiyət edir.

Hazırda alfa, betta və qamma parçalanmadan başqa neytron emmisiyası, klaster radiaktivlik, spontan parçalnma da aşkarlanmışdır. Elektron əhatə, pozitron parçalanma (və ya β + parçalanma), həmçinin ikiqat betta parçalanma beta parçalanmanın müxtəlif variantları adlanır.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin