- 938 – ci ildə alman alimləri O.Han və F.Ştrasman müəyyən etmişlər ki,uran elementini
neytronlarla şüalandırdıqda barium və lantan elementləri yaranır.Bu hadisənin izahı alman
alimləri O.Frişem və L.Meytner tərəfindən verilmişdir.Onların fikrincə,uran nüvəsi neytron
olaraq,bölünmə qəlpələri adlanan,təqribən iki bərabər hissəyə bölünür.Sonrakı tədqiqatlar
göstərir ki,bölünmə müxtəlif yollarla baş verə bilər.Cəmisi 80 yaxın müxtəlif qəlpələr yaranır
ki.onlardan da kütlələri 2 : 3 nisbəti kimi olanlarının qəlpələrə bölünmə ehtimalı daha
çoxdur.Ağır nüvələrdə neytronların nisbi sayı,orta nüvələrdəkinə nisbətən daha çoxdur.Ona görə
də yaranan qəlpələr həddən artıq neytronlarla yüklənir və nəticədə onlar özlərindən bir neçə
neytron buraxırlar.Əksər neytronlar ani olaraq buraxılır(~ 10
-14
c,az müddətdə),gecikmiş
neytronlar adlanan neytronlar isə 0.05 saniyədən 1 dəqiqəyə qədər gecikmə ilə buraxılır.Orta
hesabla hər bir bölünmə aktına 2.5 ayrılmış neytron düşür.Neytronların ani və ləngimı ilə
ayrılmasıneytronlara bölünən qəlpələrin artıq yükünü tam olaraq ləğv edə bilmir.Buna görə də
qəlpələrin əksəriyyəti radioaktiv olur və - şüaları buraxaraq, - silsilə çevrilməsinə məruz
qalırlar.Deyilənləri misalla izah edək.