18. Sanitar-gigiyenik tələblər İş yerlərinin sanitar-gigiyenik vəziyyətinə ümumi tələblər
İstehsalat obyektlərində işçilər üçün sanitar-məişət otaqları olmalıdır. Sanitar-məişət otaqları hər gün yığışdırılmalı və onların havası dəyişdirilməlidir. Paltar saxlanılan yer, duşxanalar və başqa sanitar-məişət otaqları və qurğular vaxtaşırı dezinfeksiya olunmalıdır. Istehsalat obyektlərində işçilər üçün istirahət otaqları nəzərdə tutulmalıdır. Otaqda içməli su çəlləyi, ilk tibbi yardım göstərmək üçün lazımi dərmanlarla təchiz olunmuş qutu, müvafiq mebel olmalıdır. Otaq təmiz saxlanılmalı və vaxtaşırı dezinfeksiya olunmalıdır. Xüsusi geyimlərin və dəyişiklərin yuyulması, qurudulması, ütülənməsi, təmizlənməsi və təmiri üçün mexanikləşdirilmiş cəmaşirxanalar olmalıdır. Işlərinin xüsusiyyətinə görə DNQT-də gecə-gündüz (vaxta üsulu ilə) işləyən işçilərin dincəlməsi və qızınması üçün radiotelefonla, siqnal vasitələri, yataq ləvazimatı və içməli su ilə təchiz olunmuş xüsusi otaq olmalıdır.
İş yerlərində qida qəbulu, paltardəyişmə, yuyunma və məişət otaqların sanitar-gigiyenik vəziyyətinə ümumi tələblər iş yerlərində işçilərin otaqlarına ümumi tələblər
Qida bloku və mətbəx -Gecə-gündüz iş görülən DNQT-də lazımı miqdarda ərzaq, su ehtiyatı olmalıdır. DNQT-də azaldılmayan ehtiyatın həcmi normadan az olmamalıdır. Qida blokunda yerləşdirilmiş elektrik mexanizmləri və avadanlıqlarla təhlükəsiz işləmək üçün onların yaxınlığında təlimatlar olmalıdır. Təlimatlar oxunmaq üçün rahat olan yerdən asılmalıdır. Mətbəxdə elektrik cihazlarının, elektrik mexanizmlərinin dəyişilməsi, təmiri və düzgün istismarına nəzarət DDÖ-nün (ÜQQ) elektrotexniki heyətinin üzərinə düşür. Qida blokuna xidmət edən heyətə avadanlıqları, elektrik mexanizmlərini və elektrik cihazlarını təmir etmək qadağandır. Qida məhsulları və içməli su (qəza ehtiyatları) xüsusi ayrılmış yerlərdə saxlanılmalı və bu işə məsuliyyət daşıyan şəxs tərəfindən təzələnməlidir. Anbarlardan ərzaqlar qulplu ağzı bağlı rahat qablarda daşınmalıdır. Avtomatik bağlanan qapalı soyuducu kameralardan ərzaqların daşınmasını iki nəfər yerinə yetirməlidir. Onlardan biri kameraya daxil olmalı, digəri isə kameranın bayırında (yanında) dayanmalıdır. Qida blokunun heyəti saz alətlə təmin olunmalıdır. Alətlər saz olmadıqda (bıçaq, balta, konserva açanlar və s.) onları ya təmir etməli, ya da təzəsi ilə əvəz etmək lazımdır.