20. Texnoloji qurğu və avadanlıqların təhlükəsiz istismarına tələblər
Texnoloji qurğu və avadanlıqların quraşdırılmasına ümumi təhlükəsizlik tələbləri
Dəftər
Texnoloji qurğu və avadanlıqların təhlükəsiz istismarına ümumi tələblər
Elektrotexniki qurğu və avadanlıqların istismarında ümumi təhlükəsizlik tələbləri
Hər bir elektrik qurğusu elə layihələndirilməli və quraşdırılmalıdır ki, istismar prosesində onlar etibarlı və təhlükəsiz işləsinlər. Elektrik maşınlarının, aparatların, paylaşdırıcı quruluşların və elektrik şəbəkələrinin cərəyan keçirən bütün hissələri metal gövdələrdən və konstruksiyalardan etibarlı izolə olunmalı və əlçatmaz yerdə quraşdırılmalıdır. Bütün naqil birləşmələri səliqəli və etibarlı yerinə yetirilməlidir, yağla doldurulmuş aparatların gövdələri və ya bakları möhkəm olmalıdır.
Təzyiq altında qabların, buxar qazanlarının istismarında ümumi təhlükəsizlik tələbləri
Daxilində kimyəvi və istilik prosesləri gedən, həmçinin sıxılmuş, hall olmuş maye qazları və
mayeləri tazyiq altında saxlayan və nəql edən hermetik bağlı tutumlar tazyiq altında işləyən qablar adlandırılır. Təzyiq altında işləyən qablar potensial partlayış mənbələridir. Tazyiq altında işləyən qablarda partlayış xarici təbəqənin qəflətən dağılması və nəticəda enerjinin tez bir zamanda azad olunmasından baş verir. Qabın dağılması zamanı təzyiqin kəskin suratda düşməsi nəticəsində tutumda olan maddə dərhal buxarlanır, qazın və ya buxarın həcmi artır.
Təzyiq altında işləyən qablarda baş verən qazaların əsas səbəbləri aparatların mexaniki möhkəmliyinin pozulması (korroziya, yerli qızmalar və s.), tazyiqin buraxılabilan qiymatdan çox qabların olması, iş rejiminin pozulması, avadanlığa pis qulluq edilməsidir. Nadir hallarda konstruksiyasındakı çatışmamazlıq qəzaya səbəb olur.
Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən
təsdiq edilmiş "Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları" qabları layihələndirən, hazırlayan, istismar edən bütün müəssisə və təşkilatlar üçün məcburidir. Bu qaydalar aşağıdakı qablara və tutumlara aid edilir:
-0.07 MPa-dən yuxarı təzyiqdə işləyən qablar;
-50°C-a qədər temperaturda buxarlarının təzyiqi 0.07MPa-dan yuxarı olan mayeləşdirilmiş qazların nəqli üçün istifadə edilən çəllək və sisternlər, mayeləşdirilmiş qazları, maye və toz şəklində olan maddələri təzyiqsiz saxlayan və nəql edən, lakin boşaldılması üçün 0.07 MPa-dan yüksək təzyiq lazım olan qablar və sisternlər;
-işçi təzyiqi 0,07 MPa-dan çox olan sıxılmış, mayeləşdirilmiş və həll olmuş qazların saxlanılması və nəqli üçün istifadə edilən balonlar.
Yükqaldırıcı qurğuların, mexanizmlərin və yüktutucu tərtibatların istismarında ümumi təhlükəsizlik tələbləri
Dostları ilə paylaş: |