17. Təhlükəsizlik nişanları və plakatları


Paltarların yuyulması, qurudulması və ütülənməsi-



Yüklə 47,79 Kb.
səhifə3/5
tarix16.11.2022
ölçüsü47,79 Kb.
#119582
1   2   3   4   5
esas sual 18-21

Paltarların yuyulması, qurudulması və ütülənməsi- Cəmaşixanalarda və ütüləmə otaqlarında olan elektrik mexanizmləri və avadanlıqları ilə təhlükəsiz işləmək üçün təlimatlar olmalıdır. Təlimatlar oxumaq üçün rahat olan yerdən asılmalıdır. Cəmaşirxananın və ütüləmə otaqlarının elektrik cihazlarının və elektromexanizmlərinin dəyişdirilməsi, təmiri və düzgün istismarına nəzarət DNQT-nin elektrotexniki heyətinə həvalə olunur. Yataq ağlarının (dəstinin) dəyişdirilməsi 10 gündə bir dəfədən az olmayaraq aparılmalıdır.
12.11.21. Yataq ağlarının (dəstinin) və paltarların yuyul­ması cəmaşirxanada, bu olmadıqda isə müdiriyyət tərəfindən ayrılmış xüsusi yerlərdə aparılmalıdır. Yumağa başlamazdan əvvəl aşağıdakılar yox­la­nıl­malıdır:
-cəmaşirxana avadanlıqlarının sazlığı, onlarda etibarlı yer­lə­bir­ləş­dirmə­nin, hasarlanmanın, təhlükəsizlik bloklayıcılarının mövcudluğu:
-isti və soyuq suyun verilməsi, su ventillərinin sazlığı;
-yuyucu barabanda kənar əşyaların olmaması.
Nasaz elektrik naqili olan (izolyasiyası pozulmuş, ştepsel çəngəli olmayan) ütülərdən istifadə etmək qadağandır.
Təmizlik-yığışdırma işləri- Gündəlik cari təmizlik-yığışdırma işləri müəyyən olunmuş vaxtda aparılmalıdır. Əsaslı təmizlik-yığışdırma ayda bir dəfədən az olmayaraq aparılmalıdır. Yaşayış, xidmət və ümumi otaqlarda təmizlik-yığışdırma qaydası daxili əmək qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Yataq dəstləri hər dəfə yuyulmaya verildikdən sonra, onların saxlanıldığı yer (anbar) yığışdırılmalı və dezin­feksiya edilməlidir.

İşçilərin içməli su ilə təmin edilməsinə tələblər


Iş yerlərinə içməli su daimi olaraq hər gün veril­mə­li­dir (gətirilməlidir). Suyun gətirilməsi zamanı o çirklənmədən eti­bar­lı qorunmalıdır. Içməli suyun temperaturu +8 - +200C arasında ol­malıdır. Içməli su qurğularına (kranlara) olan məsafə 75 m-dən çox olmamalıdır. Işçilərin daşınıb gətirilən içməli su ilə təmin edilməsi şəraitində istehsalat müəssisələri içməli su stansiyalarına malik olmalıdır. Bu stansiyalarda yuyulması və dezinfeksiyası mümkün olan suyu daşımaq və saxlamaq üçün çənlər olmalıdır. Işçiləri daşınıb gətirilən su ilə təmin edilən istehsalat müəssisələri suyun keyfiyyətinə vaxtaşırı nəzarət etməlidirlər. Növbə ərzində hər işçiyə 4-5 litr su (qeyd olunan məhlul) nəzərdə tutulmalıdır. Içməli suya xidmət edən işçilər altı aydan bir tibbi müayinədən keçməlidirlər.
İş yerlərinin dezinfeksiyası, dezinseksiyası və deratizasiyası.
Dezinseksiya-infeksiyon xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Ofis və obyektlərin dezinfeksiyası dedikdə bura iş yerlərinin geniş miqyaslı dezinfeksiya prosesi daxildir. Nəzərə alsaq ki, vaxtımızın çox hissəsi iş yerində keçir ona görə də ofis və obyektlərin dezinfeksiya məsələsinə ciddi riayət olunması zəruridir. İşə başlayarkən otaqda olan bütün əşyaların üzəri nəm dəsmalla silinir, örtülür. Dezinfeksiya edildikdən sonra isə hava çilənən dezinfeksiya edici məhlullar öz təsirini uzun müddət saxlayır, havada olan bakteriya və mikrobları məhv edir.
Dezinseksiya-infeksiyon xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən, duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunmaq mümkündür.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya - yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan zərərli gəmiricilərin məhv edilməsi tədbirləridir.



Yüklə 47,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin