170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 3,77 Mb.
səhifə12/23
tarix09.07.2018
ölçüsü3,77 Mb.
#56239
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Sual 92: Behiştdə hansı nemətlər vardır?

Cavab: Qurani-kərimdə behiştin maddi mənəvi nemətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:

1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;

2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;

3. Asayiş və əmin-amanlıq;

4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;

5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;

6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;

7. Yorğunluq və zəhmətdən uzaq təravət;



8. Mövcud nemətlərin əbədiliyi1.

Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyus edilmir. Allah-təala Qur~anda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan rəhm edənəm»2.
Sual 93: Qurani-kərimdə zeytun, xurma üzümün adı üçün xüsusi qeyd edilir?

Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xurma, üzüm bütün meyvələrdən yetişdirir». üçün ayədə zeytun, xurman üzümün adı xüsusi çəkilir?

Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz.



Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür». Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun «mübarək ağac» adlandırılır.

Ayədə zikr olunmuş ikinci meyvə ‒ xurmanın tərkibi, kalsium və fosforla zəngindir. Kalsium sümükləri möhkəmləndirir, fosfor beyinin fəaliyyətini tənzimləyir. Xurma, əsəb yorğunluğunu aradan qaldırır, görmə qabiliyyətini artırır. Son dövrdə aparılan araşdırmalara əsasən, xurmanın çox yeyildiyi məntəqələrdə xərçəng xəstəliyinə az təsadüf olunur.



Üzümü «təbii əczaxana» adlandırırlar. Xüsusiyyətlərinə görə, ana südünə oxşar olan ətdən iki dəfə çox bədənin hərarətini artırır. Üzüm zəhəri təsirsizləşdirir, qanı saflaşdırır, revmatizmi aradan qaldırır güclü mikroböldürücü təsir göstərir. Həzrət Peyğəmbər (s) buyurur: «Sizin üçün ən yaxşı təam çörək, ən yaxşı meyvə isə üzümdür».
Sual 94: «Zikr əhli» kimdir?

Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?

İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik bizdən soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»1.

İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».

Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.



Təəccüblü olsa, bəziləri «zikr əhli»ni «kitab əhli» kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi məsihi alimlərinə aid edənlərə belə buyurur: «Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət edərlər. Zikr əhli bizik!»1.

Yuxarıda deyilənlərdən aydın oldu ki, insan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir. Hər bir şəxs öz xəstəliyinin müalicəsi üçün etibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən ədalətli və ən alim müctehidə üz tutmalıdır.


Sual 95: İslam dini qadına verdi?

Cavab: İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət dövrünün məşhur şerlərindən birində deyilirdi:

Oğullar olsa da, oğlumuz bizim,

Qızlarsa, oğludur düşmənimizin.

Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən qadınlar, adətən, orada ərə gedər və əsirlər geri qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər. Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq, yenicə doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.



Quran nazil oldu cahil ərəblərin çirkin əməllərini mühakimə etdi: «Onlardan birinə qızı olduğu üçün müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Görün, necə pis mühakimə yürüdürlər!»2.

İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s) buyurdu: «Bu halətdir sizdə görürəm?! Allah-təala qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək»1.

Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız gözəl övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm pak edən»2.

Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər (s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə təəccüblənərdi.

Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan bütün ənənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin ağzından vurub, ona şəxsiyyət azadlığı verdi.

Bu gün dünya istismarçıları qadına «hicabını at, azad ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt ananın ayaqları altdadır» deməklə, qadını heç zaman görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.


Sual 96: Süd necə yaranır?

Cavab: İnsanın ixtiyarına verilmiş dəyərli ilahi nemətlərdən biri süddür. Qurani-kərimdə buyurulur: «Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içiririk»3.

Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü məlumdur. Süd qida maddələrinin qan vasitəsi ilə sorulmasından yaranır.



Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə gedən proseslərin mahiyyəti, hələ elm üçün qaranlıqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Suyu qidanı tam əvəz edə biləcək yeganə şey, süddür».
Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin