2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Günah edənin halının soruşulmamasını bildirən günahlar: «Cəhənnəmliklərin halını heç soruşma»



Yüklə 4,25 Mb.
səhifə22/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   18   19   20   21   22   23   24   25   ...   397
19. Günah edənin halının soruşulmamasını bildirən günahlar: «Cəhənnəmliklərin halını heç soruşma». (əl-Bəqərə 119).

20. Günah edənə Allahın düşmən olması ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç kimsəyə düşmənəm. Mənim adımla söz verib və yerinə yetirməyən insan. Azad bir insanı qul kimi satıb pulunu da yeyən kimsə və bir də işçini öz işi üçün işlətdikdən sonra pulunu verməyən kimsəyə»75.

21. Günah edənin Cənnətin iyini belə hiss etməməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rizası üçün öyrəniləcək bir elmi sırf dünyaya sahib olmaq üçün öyrənərsə o, Qiyamət günü Cənnətin iyini də belə hiss etməz»76.

22. Günah edənə Veyl kəliməsinin ifadə edilməsi: «Vay halına çəkidə və ölçüdə aldadanların!». (əl-Mutəffifin 1).

23. Günah edənin əməlinin boşa çıxması: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əsr namazını tərk edərsə əməli boşa çıxar»77.

24. Günah edənin Qiyamət günü edə bilməyəcəyi bir işlə mükəlləf edilməsi: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim görmədiyi bir yuxunu gördüm deyə danışarsa Qiyamət günü iki arpa dənəsini bir-birinə düyünləməklə əmr edilir. Lakin o, bunu əsla edə bilməz. Kim bir topluluğun söhbətlətinə onlar istəmədikləri halda oğrun-oğrun qulaq asarsa (öyrənməyə çalışarsa) Qiyamət günü qulaqlarına qurğuşun tökülər. Kim də hər hansı bir canlınin şəklini (heykəl) çəkərsə Qiyamət günü çəkdiklərinə can verilməsi əmr edilər. Lakin o, bunu əsla edə bilməz»78.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin