7. Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!». (əl-Bəqərə 279). Əbu Hureyrə - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə mən də ona müharibə elan edərəm»66.
8. Günah edənin Allah və Rəsulu tərəfindən lənətlənməsi: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi»67.
9. Günah edən kimsənin üzünə Allahın baxmayacağının ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlənərək paltarını yerlə sürükləyən kimsənin üzünə Allah Qiyamət günü baxmaz»68.
10. Günah edənin Cənnətə girməyəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan Cənnətə girməz»69.
11. Günah edənin mömin olmayacağının ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi iman etmiş olmaz! Qonşusu onun şərrindən əmin olmayan kimsə»70.
12. Günah edən bir kimsəyə Allahın qəzəb edəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun hüzuruna çıxar»71.
13. Günah edənin küfr və ya şirklə ifadə eilməsi: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onlar arasında fərq namazdır. Hər kim onu tərk edərsə küfr etmiş olar»72.
14. Günah edənin xüsran ilə ifadə edilməsi: «Yaxud o məmləkətin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz».(əl-Əraf 99).