Əhli sünnə vəl Cəmaata görə böyük günah edən üçün iki hökm vardır.
1. Dünyadakı Hökmü:Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»59. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xəvariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd – rahmətullahi aleyhi – dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər deyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»60. O, əksik imanlı bir mömindir. İmanıyla mömin, günahına görə isə fasiqdir. Əgər bir hədd, cəza olmayan cinsdən bir günah etmişsə və sonra da bundan ötrü tövbə etmişsə Allah lütfü və kərəmiylə onun tövbəsini qəbul edər. Əgər etdiyi günah hədd, cəzası olan bir günahdırsa bu onun üçün bir kəffarə olur.