2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Bidət Əhli Arxasında Namaz Qılmağın Hökmü



Yüklə 4,25 Mb.
səhifə124/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   120   121   122   123   124   125   126   127   ...   397
Bidət Əhli Arxasında Namaz Qılmağın Hökmü Əhli Sünnəyə görə əslən kafir və mürtəd olan bir kimsənin arxasında namaz caiz deyildir. Durumu bəlli olmayan kimsə ilə əqidəsi bilinməyən kimsənin arxasında namaz qılmağı tərk etmək Sələfdən heç bir kimsənin söyləmədiyi bir bidətdir. Əsl olan odur ki, bidətçi bir kimsənin bidətinin çirkinliyini ortaya qoymaq və başqalarını ondan uzaqlaşdırmaq üçün bidətçi kimsənin arxasında namaz qılmağın nəhy edilməsidir. Bununla birlikdə namaz qılınacaq olursa səhihdir.

Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən siz əvvəlkilərin (Sünnəsi – yolu), adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulullah! Sən Yəhudi və Xristianları nəzərdə tutursan? (Başqa rəvayətdə: Farslar və Bizanslılar)» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu306. Həqiqətən də günümüzdə İslam düşmənləri insanları zəlalətə salmaq üçün din adı altında Yəhudi və Xaçpərəstlərin adət ən-ənələrini, bayramlarını, ibadətlərini, geyimlərini bizlərə yeridərək İslamı bizə unutdurmağa çalışırlar. Vay olsun o, millətin halına ki, düşməni tərəfindən adət ən-ənəsi, həyası, əxlaqı əlindən alınmışdır hələ də bununla fəxr edərək: «Biz inkişaf edirik, burda nə var ki» deyirlər.



Artıq Allah Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sağlığında ikən dinimizi kamil etdi, dinə aid olan bütün məsələlrə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizlərə çatdırdı. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3). Hətta Peyğəmbər – sallallahu aleyhi və səlləm – şəhadət barmağını qaldıraraq onlara hər bir şeyi çatdırdığını dedikdə: Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – vida həcci zamanı xütbəsində buyurdu: «Mən sizə dində olan hər bir şeyi çatdırdımmı?». Səhabələr: «Bəli, Ya Rəsulullah!». Allah Rəsulu şəhadət barmağını qaldıraraq: «Ya Rəbbim! Sən şahid ol ki, mən onlara hər bir şeyi çatdırdım!»307. Artıq din tamamlandı. Artıq Allah və Rəsulu bizim üçün xeyir olan və bizim Cəhənnəmdən qurtulmağımız üçün nə xeyir vardısa onu bizə bildirmiş və nə kimi bizim ziyanımıza olan şeylər varsa onları da bizə bildirmişdir. Artıq dinə əlavə edilən hər bir (söz, əməl) bidət olaraq adlandırılaraq rədd olunacaqdır. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bizim bu işimizlə əlaqəli ondan olmayan bir şeyi sonradan ortaya çıxararsa o, rədd olunacaqdır (Başqa rəvayətdə: Hər kim bizim işimizə uyğun olmayan bir əməl etmiş olarsa o (əməl) rədd olunacaqdır)»308. Çünki sən Allah və Rəsulunun əmr etmədiyi bir işi etməklə Allahın dinində dəyişiklik etmiş olursan və bununla bildirmək istəyirsən ki, Allah və Rəsulu bilmirdi və ya unutmuşlar mən isə bunu edirəm. Çünki belə bir əməli etməkdə məsləhət olsaydı əlbəttə Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu edər və bu əməli etməyə insanları da təşviq edərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə bir işi etmədiyinə, bu işə insanları təşviq etmədiyinə görə və bu işdə məsləhət olmadığı ortaya çıxmış olur. Əksinə belə bir şey çirkin bir bidətdir. Abdullah b. Ömər - radıyallahu anhu – səhabələr içərisində sünnətə çox bağlı bir kimsə idi. Bir nəfər asqırıb: «Əlhəmdulilləhi Vəs Salətu Vəs Saləmu Alə Rəsulullah» dedikdə İbn Ömər: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə belə öyrətdi. Sizdən biri asqıranda Əlhəmdulilləh desin. Peyğəmbərə salət və salam gətirsin demədi»309. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ad gününün keçrilməsi, Merac gününü, cümə günü zöhr namazını qılmaq, bayram namazlarında azan və iqamə oxumaq, bayram namazlarında xütbəni namazdan öncə vermək. Elm əhli deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in etdiyini etmək sünnət olduğu kimi, onun tərk etdiyi bir şeyi tərk etmək də eyni şəkildə sünnətdir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – cümə günü azan oxumağı əmr etmiş, bayramlarda isə azan oxumağı əmr etməmişdir. Bayramlarda azan oxumağı tərk etmək sünnətdir.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin