2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Bidətçilərlə Necə Rəftar Olunur?



Yüklə 4,25 Mb.
səhifə122/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   118   119   120   121   122   123   124   125   ...   397
Bidətçilərlə Necə Rəftar Olunur? Bidətçi ilə rəftar etmək elmin bir növüdür. Bu haqda alimlər bəyan etmişlər. Bidətçilərdən də elələri vardır ki, öz bidətlərini aşkara çıxardır və bəziləri də vardır ki, bidəti aşkarda etməyərək gizlində edir. Belə bir kimsə ilə salamatlıqla rəftar edilir. Çünki müsəlmanda əsas salamatçılıqdır. Əgər belə bir kimsədən sünnəyə zidd bir əməl çıxarsa bidətçilərlə rəftar olunduğu kimi onunlada da eyni rəftar olunacaqdır. Bidətçi ilə rəftar isə əlaqələrin kəsilməsi ilə olur. Şəriətin əsaslarındandır ki, bidətçi ilə əlaqələr kəsilir. Bu da iki qismdir: 1. Tam əlaqələrin kəsilməsi. Hətta belə bir kimsə sənə salam versə də ona salam qaytarılmır. Çünki belə bir kimsəyə salamın qaytarılmamasında məqsəd onu ədəbləndirmək, sünnənin ortaya çıxarılması və bidətin yox olmasına görədir. 2. Salam verilir. Lakin onunla oturub-durmağa icazə verilmir.

Bidətin də öz aralarında halları vardır. Bidətçilərdən bidətlərinin küfr dərəcəsinə çatanları da vardır. Əgər onlar İslam diyarında yaşayarlarsa belə kimsələrə küfrlərinə görə münafiq hökmü verilir. Onlardan zahiri əməllər qəbul edilir. Daxili isə Allaha həvalə edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – münafiqlərlə ticarət edir və onları tanıyardı və daxillərini isə Allaha həvalə edərdi. Bu bidətçi tayfalardan şirk ortaya çıxarsa onlarla müşrik, küfr və nifaq ortaya çıxarsa onlarla münafiq kimi rəftar edilir. Mürtədlik ortaya çıxarsa mürtədin əhkamları onlara da tətbiq edilir. Bu da qazılara aiddir. Onların halları insanlara bəyan edilməlidir.



Mükəffira - küfrə aparan bidət. Bunlar çoxdur. Hər kim şəriətdən sabit olmuş, üzərində icma olan və dindən olduğu bilinən bir xüsusu inkar edərsə kafir olur. Çünki belə bir inkar Kitabı Allahın Rəsulları ilə göndərdiyini yalanlamaqdır. Cəhmiyə firqəsinin Uca Allahın sifətlərini inkar bidətləri, Quranı və ya Uca Allahın sifətlərindən hər hansınısa məxluq olduğunu söyləmək. Musa – əleyhissəlam – ilə danışdığını inkar etmək və s. Uca Allahın elmini, fellərini, qəza və qədərini inkar edən Qədəriyyə, Uca Allahı yaratdıqlarına bənzədən Mucəssimə və s.

Küfr hədinə çatmayan bidət. Kitabı və Allahın Rəsulu ilə göndərdiklərini yalanlamayaraq və yuxarıda göstərdiyimiz növdən olmayan bidət. Namazları son vaxtlarına keçirmək, bayram namazından öncə xütbə vermək Mərvanilərin bidəti304. Əhli Sünnə vəl Cəmaata görə bidətlər eyni mərtəbədə deyildir. Fərqli-fərqlidirlər. Hansısa dindən çıxardır, hansısa böyük günahlar səviyəsindədir, hanısa kiçik günahlar-dan sayılır. Bidətlər hökmləri etibarıyla fərqli olub, kimisi küfr, kimisi fasiqlik olduğu üçün bu bidətləri edənlərin hökmü də fərqlidir. Buna görə də Əhli Sünnə bidət əhli olan kimsələr haqqında tək bir hökm verməzlər. Əksinə insandan, insana bidətinə görə hökm fərqlənər. Cahil və təvilçi bir kimsə ilə, nəyə dəvət etdiyini bilən bir kimsə eyni deyildir. İctihad edə bilən alim bir kimsə, bidətinə dəvət edən və havasına uyan bir alim kimi deyildir. Yenə bidətini açıq-aşkar edən kimsə və ya bidətə dəvət edib yayan kimsə ilə bidətini gizlədən kimsə eyni deyildir.




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin