Bidətin Beş Növü –1. Etiqadda olan bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir etiqad. 2. Sözdə bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir söz. 3. İbadətdə bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir əməl. İki qismə ayrılır: 1) Allahın heç bir şəkildə izn vermədiyi bir yolla ibadət etmək. «Onların Beytul Haramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir». (əl-Ənfal 35). 2) Əsli etibarı ilə ibadət olan lakin yerində olmayan bir yolla Allaha ibadət etmək. Qadağan edilən vaxtlarda ibadət etmək, bayram günləri oruc tutmaq, cümə günü zöhrü qılmaq və s. 4. Malla olan bidət. İbadət niyyətilə sərf edilən hər hansı bir sərvət. 5. İnkar bidəti. İbadət niyətilə dində halal olan bir şeyi tərk etmək. Məs: Evlənmək və s. Ənəs – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səhabələrindən bir qrup kimsələr gəldilər və Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zövcələrindən onun ailə həyatı, xüsusi həyatı haqqında soruşdular. Onlardan biri: «Mən qadınlarla evlənməyəcəyəm» dedi. Digəri: «Mən daima oruc tutacağam» dedi. Digəri: «Mən gecələri yatmayacağam» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu sözləri eşitdikdə buyurdu: «Bir qrup kimsələrə nə olub ki, filan-filan sözləri söyləyirlər. Ancaq mən (gecənin bir hissəsini) namaz da qılıram, (bir hissəsini) yatıramda, Oruc tutub, iftar da edirəm və qadınlarla nigahlanıramda. Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir»303.